İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
"Suriya İraq neftini yük maşınları ilə Aralıq dənizindəki Baniyas limanına çatdıraraq, Hörmüz boğazından yan keçməklə tədarük marşrutunu təmin etməyə hazırdır".
Bunu "Syrian Petroleum Co." dövlət şirkətinin baş direktoru Yusif Qablavi bildirib.
Onun sözlərinə görə, İraq hökuməti artıq mövcud olan mazut axınlarına əlavə olaraq neft tədarükündə köməklik göstərmək xahişi ilə Suriyaya müraciət edib.
"Mən İraq neftinin Suriyadan yük maşınları ilə tədarükünün ən qısa zamanda başlayacağını gözləyirəm, çünki hökumətlərarası razılaşma, demək olar ki, əldə olunub", – deyə Qablavi bildirib.
O qeyd edib ki, neft daşıyan ilk yük maşınları karvanı artıq oktyabrın ortalarında Suriyaya çata bilər. İraq mazutun bir hissəsinin Suriyanın Baniyas limanına daşınması üçün avtonəqliyyatdan istifadə edir və oradan yanacaq tankerlərə yüklənir.
Qablavi hər gün təxminən min yük maşınının mazut daşıdığını bildirib. O, hasilat həcminin əhəmiyyətli dərəcədə yüksək olduğunu nəzərə alaraq, xam neftin nəqli üçün avtosisternlərin sayının ən azı eyni olacağını və ya gündə mini keçəcəyini gözləyir.
Bununla əlaqədar olaraq "Syrian Petroleum Co." İraq neftinin saxlanması üçün Baniyasda əlavə rezervuarlar quraşdırmağı planlaşdırır. Bununla yanaşı, Suriya vasitəsilə yük maşınları ilə daşınan neftin həcmi İraqın ümumi ixracının nisbətən kiçik bir hissəsini təşkil edəcək.
İraq hökumətinin məlumatına görə, ölkə ötən ay sutkada orta hesabla təxminən 2,7 milyon barel neft ixrac edib. Buna ölkənin şimalından Türkiyənin Ceyhan limanına həyata keçirilən tədarüklər də daxildir.
#Suriya teqi istifadə olunub
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
- Yeni atəş xəbərləri İsrail və Suriya arasındakı həssas vəziyyəti necə dəyişəcək? - Baku TV CANLI
- Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI
