Dünya
Pleyeri seçin:
İraqın ticarət naziri Azərbaycan səfərindən danışdı | Böyük işlərə imza atılacaq
Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi, İraqın Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İraqın Ticarət Palataları Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan-İraq biznes forumu keçirilib.
Forumda çıxış edən İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri iki ölkə arasında tarixi bağların olduğunu və ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadi tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib.
Nazir ölkəsində geniş iqtisadi islahatların aparıldığını və əlverişli investisiya mühiti yaradıldığını diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Kopyalandı
Seçilmişlər