Pleyeri seçin:
İrəvan Moskva ilə münasibətləri düzəltməyə çalışır?
"Ermənistanın hazırkı hakimiyyətinin siyasəti Rusiyanın maraqlarına ziddir və Avropa İttifaqına yaxınlaşmağa yönəlib".
Bunu Ermənistan Demokratik Partiyasının lideri Aram Sarqsyan "NEWS.ru"ya müsahibəsində deyib.
Onun sözlərinə görə, İrəvan Rusiya ilə münasibətləri bərpa etməyi və xüsusilə də KTMT xətti üzrə yaxşılaşdırmağı planlaşdırmır. Belə bir fərziyyə yalnız o halda yarana bilərdi ki, Ermənistanın Avropa İttifaqına inteqrasiyası layihəsi dondurulsun.
Ekspert qeyd edib ki, Rusiya və Ermənistan arasında münasibətlərdə irəliləmə üçün heç bir ciddi əsas yoxdur: "Hələ ki Moskva və İrəvan arasında münasibətlər soyuqdur. Bu münasibətlər ayrı-ayrı sahələrdə davam edir. Ermənistan-Rusiya münasibətlərində irəliləmə üçün əsas görmürəm".
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Boş qalan kəndin izləri | Çöl tədqiqatları zamanı burada hansı irs aşkarlanıb?
- Rusiya Ermənistanı Aİİ-dən qovur: 4,6 milyardlıq təhlükə? - AKTUAL GÜNDƏM
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
