İrəvan Moskvadan pulunu geri tələb edir | Paşinyan Rusiyadan əlini üzdü
Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti Hindistandan "Su-30MKI" qırıcısı və xüsusi silah sistemləri almaq üçün danışıqlara başlayıb.
Bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, hazırda Ermənistanın qırıcı parkı 2019-cu ilin yazında əldə edilmiş dörd "Su-30SM Flanker-C" və təxminən on beş köhnə "Su-25K"dən ibarətdir.
Yazıda iddia olunur ki, Ermənistan Rusiyadan "Su-30SM" qırıcıları sifariş etsə də, bu təyyarələr beş ildir İrəvana təhvil verilməyib.
2019-cu ildə təyyarələri aldıqdan bir neçə həftə sonra Ermənistan Rusiyaya əlavə səkkiz "Su-30SM" sifariş verib. Müqavilə məbləğinin 70 faizinə qədər olan hissəsi ödənilsə də, həmin vaxtdan etibarən heç bir təyyarə təhvil verilməyib.
Səbəb isə sadədir, "Sukhoi" şirkəti onların heç bir ədədini də istehsal etməyib və bu günə qədər "Su-30" təyyarələri Rusiyanın öz ehtiyacları üçün hazırlanır.
Xəbərdə həmçinin vurğulanıb ki, Rusiyadan əli üzülən İrəvan üzünü Hindistana çevirib və Moskvaya ödədiyi məbləği geri almaq niyyətindədir.
#Ermənistan teqi istifadə olunub
- Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV
- Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV
- AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV
- "Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV
- Ermənistan və ABŞ TRIPP sazişinin ratifikasiyasını müzakirə edir - Baku TV CANLI
