İrəvandan etiraf: Bunu ancaq Türkiyə bacarar
Yeniliklərdən dərhal xəbərdar olun
İrəvan ilə böyük bir erməni diasporunun yerləşdiyi Los-Anceles arasında birbaşa hava yolunun yaradılması gündəmdədir. İrəvandakı müzakirələr göstərir ki, planlaşdırılan marşrut həm kommersiya, həm də siyasi baxımdan müsbət nəticələr verə bilər. Ermənistandan ABŞ-yə birbaşa aviareysin “Türk Hava Yolları”nın keçirəcəyi barədə verilən açıqlama İrəvanda ciddi rezonansa səbəb olub.
Bununla bağlı yerli erməni mediasına açıqlama verən Ermənistan Turizm Komitəsinin rəhbəri Lusine Gevorqyanın sözlərinə görə, İrəvan-Los-Anceles birbaşa aviareysinin həyata keçirilməsi üçün “Türk Hava Yolları” ilə danışıqların davam etdiyini təsdiqləyib.
“Məndən daim İrəvandan Los-Ancelesə birbaşa uçuşların olub-olmayacağı soruşulur. Yalnız “Türk Hava Yolları”nın uzun məsafəli marşrutlar üzrə uçuşlar həyata keçirmək imkanı var. Onların cavabının nə olacağını deyə bilmərəm, amma dünyanın üçüncü ən böyük aviaşirkəti olaraq onlar İrəvan- Los-Anceles arasında birbaşa əlaqə qura bilərlər”, – Gevorqyan qeyd edib.
Qeyd edək ki, “Türk Hava Yolları” mart ayında İstanbul-İrəvan arasında birbaşa uçuşlara başlayacaq. Gündəlik uçuşlar 11 martdan etibarən planlaşdırılır. Həftəlik uçuşların sayı 14 maydan sonra 10-a, 15 iyundan isə 14-ə çatdırılacaq.
#Ermənistan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
- Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
