Dünya
Pleyeri seçin:

İşğalçısınız, yoxsa axmaq? - Özbəkistan səfiri Rusiya XİN-ə çağırıldı

15 fevral 2024

Özbəkistan Respublikasının Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Botirjon Əsədov Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Özbəkistanda fəaliyyət göstərən Jurnalistika və kütləvi kommunikasiyalar universitetinin rektoru Şerzodxon Kudratxocanın dediyi sözlərlə bağlı etiraz bildirilib.

“Kazax24” saytı xəbər verir ki, Rusiya tərəfinin iddiasına görə, rektor öz ölkəsinin özbək dilini bilməyən sakinləri haqqında son dərəcə təhqiramiz və qəbuledilməz formada ifadə işlədib, onlara xitab edərək deyib: “Kimliyinizi müəyyənləşdirin, işğalçısınız, yoxsa axmaq?”

“Bu cür fikirlərin məzmunu və tonu Rusiya və Özbəkistanı birləşdirən dərin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ilə tamamilə ziddiyyət təşkil edir. Əminik ki, dost və müttəfiq Özbəkistan əhalisinin böyük əksəriyyəti Ş.Kudratxocanın mülahizələri ilə razı deyil. Biz heç bir halda bu xadimin bəyanatını respublikanın çoxmillətli xalqının əhval-ruhiyyəsi ilə eyniləşdirmirik”, – Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Şerzodxon Kudratxoca sözügedən ifadə ilə yanaşı, onu da qeyd edib ki, yaranmış vəziyyətə görə özbəklərin özləri günahkardır, çünki onlar həddən artıq yumşaq və qonaqpərvərdirlər.

Onu da qeyd edək ki, SSRİ-nin dağılmasından keçən 32 il ərzində Mərkəzi Asiya respublikalarında yaşayan rusdilli icmalar yerli dili öyrənmək və bu dildə danışmaq zəhmətinə qatlaşmaq istəmirlər və həmin dövlətlərin öz dil siyasətlərini onlara uyğunlaşdırmalarını istəyirlər. Rəsmi Moskva isə bu ölkələrin öz qanunvericiliklərində rus dilinə xüsusi status vermələrini tələb edir.

Çinin Cənubunda elm adamlarını təəccübləndirən tapıntı | 72-84 milyon yaşı olan...

Çinin Cənubunda elm adamlarını təəccübləndirən tapıntı | 72-84 milyon yaşı olan...

Dünya
22 noyabr 2024
Rusiya hansı ölkənin silahları ilə Ukraynanı vurdu? | Planet çıxış yolunu necə tapmalıdır?

Rusiya hansı ölkənin silahları ilə Ukraynanı vurdu? | Planet çıxış yolunu necə tapmalıdır?

Dünya
22 noyabr 2024
1951 model yük maşınını orijinal halında qoruyub saxlayan türk gündəmdə

1951 model yük maşınını orijinal halında qoruyub saxlayan türk gündəmdə

Dünya
22 noyabr 2024
Rusiya üçün əhəmiyyətsiz qurum budur...| Peskov Putinin xalqa müraciətindən danışdı

Rusiya üçün əhəmiyyətsiz qurum budur...| Peskov Putinin xalqa müraciətindən danışdı

Dünya
22 noyabr 2024
Lavrov Rusiya üçün faydalı olan nəticədən danışdı | Başa düşürəm ki, Zelenski...

Lavrov Rusiya üçün faydalı olan nəticədən danışdı | Başa düşürəm ki, Zelenski...

Dünya
22 noyabr 2024
Karl Rovdan Trampın gələcək kabineti ilə bağlı açıqlama | "Möhtəşəm televiziya şousu yaradacaq…"

Karl Rovdan Trampın gələcək kabineti ilə bağlı açıqlama | "Möhtəşəm televiziya şousu yaradacaq…"

Dünya
22 noyabr 2024
Maaş və subsidiyalar artır | Bu ölkə böyük məbləğdə iqtisadi təşviq paketinə hazırlaşır

Maaş və subsidiyalar artır | Bu ölkə böyük məbləğdə iqtisadi təşviq paketinə hazırlaşır

Dünya
22 noyabr 2024
Xameneinin hakimiyyətdən getmə səbəbi | Sensasiyalı iddialar açıqlandı

Xameneinin hakimiyyətdən getmə səbəbi | Sensasiyalı iddialar açıqlandı

Dünya
22 noyabr 2024
Rusiya Şimali Koreyaya əsgərlərə görə ödəniş belə edib | Detallar açıqlandı

Rusiya Şimali Koreyaya əsgərlərə görə ödəniş belə edib | Detallar açıqlandı

Dünya
22 noyabr 2024
Siçanlar da sürücü oldu | Maşın sürməkdən ötrü ürəyi gedən kiçik "avtoşlar"

Siçanlar da sürücü oldu | Maşın sürməkdən ötrü ürəyi gedən kiçik "avtoşlar"

Dünya
22 noyabr 2024
Seçilmişlər
icon