Dünya
Pleyeri seçin:
İŞİD Rusiyanı növbəti terrorla təhdid etdi
“Crocus City Hall”a edilən hücuma görə məsuliyyəti üzərinə götürən İŞİD Rusiyanı növbəti terror aktı ilə hədələyib.
Bu barədə terror təşkilatının qolu olan “Vilayəti Xorasan”ın Tacikistandakı təbliğat şəbəkəsi “Əl Azaim”də bildirilib.
Kanalda Rusiya Prezidenti Vladimir Putinə qarşı təhdidlərin yer aldığı plakat yayılıb. Bildirilib ki, terror təşkilatının üzvlərinin işgəncə ilə dindirilməsinə etiraz olaraq onlar Rusiyada növbəti terror aktı təşkil edəcəklər.
Kopyalandı