Slovakiyanın Baş nazirinə silahlı hücum edənin kimliyi bilindi
Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhd edən şəxsin kimliyi məlum olub.
Yerli media həmin şəxsin məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu bildirib.
71 yaşlı yazıçının müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarlarından olduğu qeyd edilib.
Yayılan kadrlarda müxalif yazıçının hökumətin iclasından sonra tərəfdarları ilə əl sıxmaq üçün çölə çıxan Baş nazirə bir neçə dəfə atəş açdığı görünür. Yuray Sintula sosial şəbəkələrdə solçulara, son illərdə isə şəxsən Robert Fitsoya nifrətini açıq şəkildə ifadə edib.
Bu arada, müxalif “Tərəqqiçi Slovakiya” partiyasının nümayəndələri Baş nazir Roberto Fitsoya sui-qəsd cəhdində şübhəli bilinən şəxsin onların partiyasının üzvü olması ilə bağlı yayılan xəbərləri təkzib edib.
“Onun hərəkatımızın üzvü olmasını qəti şəkildə inkar edirik. Onun həmçinin partiyamızla da heç bir əlaqəsi yoxdur. Onun iyrənc hərəkətini qətiyyətlə pisləyirik”, – deyə partiyanın bəyanatında bildirilir.