İsrail kosmosa peyk buraxdı | Milyardlarla yatırımın əsas məqsədi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail kosmosa “Ofek 19” peykini buraxıb. Peyk hərbi kəşfiyyat məqsədilə istifadə olunacaq.
“Ofek 19” İsrailin mərkəzindəki Palmahim aviabazasından buraxılıb.
Peyk buraxılışı İsrailin Müdafiə Nazirliyi və “Israel Aerospace Industries” tərəfindən reallaşdırılıb. Bu peykin kosmosa buraxılması İsrailin müdafiə qabiliyyətini artırmaq istiqamətində mühüm addım hesab olunur.
Yaxın onilliklərdə İsrail bu sahəyə milyardlarla dollar pul ayıracaq. Məqsəd Yaxın Şərqdə baş verənləri diqqətdə saxlamaqdır.
Qeyd edək ki, son hərbi kəşfiyyat peyki 2023-cü ildə orbitə göndərilib və “Ofek 13” adlanırdı. İsrailin peyk proqramı isə 1988-ci ildən həyata keçirilir.
“The Jerusalem Post”da yayılan məlumata görə, peykin buraxılması barədə əvvəlcədən xəbərdarlıq edilmədiyinə görə ətraf ərazilərdə yaşayan insanlar qorxuya düşüblər.
#İsrail teqi istifadə olunub
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
