İsrail Qəzza sektoruna zərbələr endirib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Qüvvələri Qəzza sektorunda "İslami Cihad" qruplaşmasının şimal briqadasının iki komandirini zərərsizləşdirib.
Bu barədə Müdafiə Qüvvələrinin mətbuat xidməti açıqlama yayıb.
"Çərşənbə gecəsi atəşkəs razılaşmasının pozulmasına cavab olaraq İsrail Müdafiə Qüvvələri zərbə endirib və "İslami Cihad" terrorçu təşkilatının şimal briqadasının komandiri vəzifəsini icra edən Əli Razianunu zərərsizləşdirib", – deyə bəyanatda qeyd olunub.
Məlumatda o da bildirilir ki, zərərsizləşdirilən şəxs terrorçuların köçürülməsinə, şimal briqadasının müdafiə planının təmin edilməsinə cavabdeh olub, həmçinin qruplaşmanın hərbi şurasında iştirak edərək HƏMAS-la birlikdə İsrail Ordusuna qarşı hücumların hazırlanmasını koordinasiya edib.
Bundan əlavə, Qəzzadakı "Şati" qaçqın düşərgəsinə endirilən zərbə nəticəsində HƏMAS hüceyrəsinin lideri və "İslami Cihad"ın şimal bölməsinin komandiri Məhəmməd Assam Həsən əl-Habil də zərərsizləşdirilib. İsrail Ordusunun məlumatına görə, o, əsir götürülmüş hərbçi Noa Marçianonun öldürülməsinə görə məsuliyyət daşıyır.
Ordunun mətbuat xidməti daha əvvəl bildirmişdi ki, çərşənbə gecəsi terrorçular Qəzza sektorunun şimalında İsrail qoşunlarına atəş açıblar və nəticədə bir zabit ağır yaralanıb.
#İsrail Müdafiə Qüvvələri teqi istifadə olunub
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağına zərbələr endirib - Baku TV CANLI
- İsrailin hərəkətlərinə Vaşinqtondan gözlənilməz reaksiya gəlib - Baku TV
- Məscid atəşə tutulub, ölən və yaralananlar var
