İsrail Qəzzadan nəyə görə çıxmır? | Netanyahudan açıqlama - Baku TV
İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS tam tərksilah olunana və Qəzza zolağı demilitarizasiya edilənə qədər İsrail Ordusunun bölmələrinin bu ərazidə nəzarəti saxlayacağını bəyan edib.
İsrail hökumətinin rəhbəri ordunun bölgədəki hərbi mövqelərini qoruyub saxlayacağını vurğulayıb.
"Bu gün biz əraziyə nəzarət edirik və bu xətt üzərində qalırıq. Hələ tamamlanmayan işlərimiz var və biz onları sona çatdıracağıq – HƏMAS tərksilah olunana və Qəzza demilitarizasiya edilənə qədər. Qəzza bir daha İsrail üçün təhlükə mənbəyi olmayacaq", – deyə Netanyahu bildirib. "Biz hazırda Qəzza zolağının 60%-nə tam nəzarət edirik və bu göstərici daha da artacaq. Dünən biz HƏMAS-ın daxili təhlükəsizlik rəhbərini ələ keçirmişik və ondan çox mühüm məlumatlar əldə edəcəyik", – deyə Baş nazir əlavə edib.
İsrail qoşunlarının anklavın daxilindəki strateji "sarı xətt"dən geri çəkilmək niyyətində olmadığını vurğulayan Baş nazir Qəzzanın tamamilə demilitarizasiya olunacağını və bir daha İsrail üçün təhlükə yaratmayacağını vurğulayıb. Benyamin Netanyahunun bu bəyanatı Təl-Əvivin Qəzza zolağındakı hərbi varlığını uzunmüddətli dövrdə də sürdürəcəyini göstərir.
Qeyd edək ki, İsrailin Baş naziri Qəzza zolağına səfər edib. Netanyahu anklavda İsrail hərbçiləri ilə görüşüb və Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir də daxil olmaqla bir neçə generalın iştirakı ilə operativ müşavirə keçirib.
#İsrail Ordusu teqi istifadə olunub
- İsrail 15 bəndlik planı qəbul edəcək? | "İlk dəfədir ki, söz verirlər, amma..." - Baku TV
- İsrail ordusuna dronlarla bağlı Netanyahudan diqqətçəkən yeni təlimat gəldi - Baku TV
- Netanyahunun orduya verdiyi sərt təlimat böyük müzakirə doğurdu - Baku TV CANLI
- “Nuxba” bölməsinin 4 komandiri öldürülüb
- İsrailin hava hücumu Qəzzada daha doqquz nəfərin həyatına son qoyub - Baku TV
