Dünya
Pleyeri seçin:
İsrail "Hizbullah" təşkilatının hədəflərini məhv etdi
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın paytaxtı Beyrutun cənubunu, “Hizbullah” ofislərinin yerləşdiyi əraziləri bombalayıb.
İlkin məlumata görə, silahlı birləşmənin iki komandiri öldürülüb.
Bildirilib ki, İsrailin başlıca hədəfi 12 israilli uşağın öldürüldüyü Məcdəl Şəms kəndinə hücuma görə cavabdeh şəxs, “Hizbullah”ın hərbi qanadının rəhbəri Möhsün Şükür olub. Lakin “Hizbullah”ın hərbi informasiya xidməti bildirib ki, o, sui-qəsd cəhdindən xilas ola bilib və İsrailin zərbəsindən əvvəl qərargahın ofisini tərk edib.
Aviəzərbələr nəticəsində azı 68 nəfərin yaralandığı da bildirilir. Qeyd olunur ki, hadisə zamanı bir mülki vətəndaşın da öldüyü təsdiqlənib. Dağıntıların təmizlənməsi işləri davam edir.
Kopyalandı
Seçilmişlər