Pleyeri seçin:

İsrail ÜST-ün təyyərəsini hədəf aldı? | Təşkilat rəhbərindən qalmaqallı açıqlama

31 dekabr 2024 329 baxış

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus mediaya açıqlaması zamanı Yəmənin Səna hava limanında təyyarəsinə İsrail tərəfindən hücum olunduğunu bildirib.

“Milad bayramı həftəsində mən Yəməndə BMT-nin həbsdə olan əməkdaşlarının azad edilməsi və humanitar yardımlar məsələsinin müzakirəsi üçün qurumun missiyası ilə bir yerdə idim. Husilərlə danışıqlar müsbət yöndə keçdi. Biz ümid edirik ki, bütün bunlar öz bəhrəsini verəcək. Sənada təyyarəyə minməyi gözləyərkən hava limanı İsrail tərəfindən hücuma məruz qaldı.

Hadisə nəticəsində ölən və yaralananlar oldu. Baş verən hadisə həm də dünyadakı müharibə bölgələrində mülki əhalinin, humanitar yardım heyətinin, o cümlədən səhiyyə işçilərinin üzləşdiyi təhlükəni önə çıxardı. Bütün bunlara son qoyulmalıdır. Dünya liderləri bəşəriyyətin ehtiyac duyduğu sülhü, sağlamlığı və təhlükəsizliyi təmin etməlidir. Qəzzadan Sudana, Yəməndən Ukraynaya kimi, Haitidə daxil olmaqla hər yerdə insanların sağlamlığı və rifahı üçün sülh lazımdır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, məlumata görə, 26 dekabrda baş tutan hücum nəticəsində azı 3 nəfər ölüb, bir neçə şəxs yaralanıb. İsrailin BMT-dəki nümayəndəliyi isə sözügedən məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 329 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 329 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 329 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 329 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 329 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 329 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 329 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 329 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 329 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 329 baxış
Seçilmişlər
icon