Pleyeri seçin:

İsrail yeni video yaydı: Xəstəxananı "İslami Cihad" vurub

18 oktyabr 2023 325 baxış

Oktyabrın 17-də Qəzza zolağında yerləşən xəstəxanaların birində güclü partlayış baş verdi. Hadisə nəticəsində 500-dən çox fələstinli həlak olub.

Qəzzada HƏMAS-ın idarə etdiyi hökumətin səhiyyə naziri hücuma görə İsraili ittiham edir. Fələstin səhiyyə orqanları da partlayışa görə İsraili günahlandırır.

Əl-Əhli Baptist xəstəxanasındakı partlayışa görə məsuliyyəti rədd edən İsrail tərəfi isə binanın İslami Cihad hərbi qruplaşmasının uğursuz raket atışı ilə vurulduğunu açıqlayıb.

“İsrail Ordusunun əməliyyat sistemlərinin təhlili göstərir ki, Qəzzada terrorçular tərəfindən raket zərbələri endirilən zaman Qəzzadakı Əl-Əhli xəstəxanasının yaxınlığından keçib”, – deyə İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.

İsrailin Baş naziri Benyamin Netanyahu da xəstəxanaya edilən hücumda İsrail hərbçilərinin əli olması ilə bağlı iddiaları rədd edib. Tibb müəssisəsinə barbar terrorçuların hücum etdiyini deyib.

Bir sözlə, iddiaları yalanlayan İsrail tərəfi sübut üçün peyk görüntüləri də yayımlayıb. İsrail Ordusu qeyd edib ki, aviasiya bombası və ya raketlə havadan zərbə endirilən zaman sursatın düşdüyü ərazidə 7-19 metr diametrdə krater əmələ gəlir.

Videoda xəstəxananın vurulmasından əvvəl və sonrakı görüntülər öz əksini tapıb, ərazidə aviazərbə nəticəsində kraterin yaranmadığı göstərilib.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 325 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 325 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 325 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 325 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 325 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 325 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 325 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 325 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 325 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 325 baxış
Seçilmişlər
icon