İsraildə yenidən etirazlar başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsraildə Baş nazir Benyamin Netanyahunun məhkəmə islahatlarına dair qanun layihəsini ən azı yay ayına qədər təxirə salmaq haqqında qərarına baxmayaraq, müxalifət növbəti dəfə məhkəmə islahatlarına qarşı kütləvi etiraz aksiyaları keçirib.
Ən böyük nümayiş əvvəlki həftələrdə olduğu kimi paytaxt Təl-Əviv şəhərində baş tutub. Nümayişçilər əvvəlcə şəhərin mərkəzi bulvarları boyunca böyük yürüş keçirib, hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb və məhkəmə islahatları layihəsindən tamamilə imtina etməyi tələb ediblər.
Nümayiş təşkilatçıları bildiriblər ki, Baş nazirin və onun kabinet üzvlərinin bəyanatlarına etimad göstərmədikləri üçün aksiyaları davam etdirəcəklər.
Qeyd edək ki, İsraildə artıq 13-cü həftədir ki, müxalifətin kütləvi etirazları keçirilir.
#İsrail teqi istifadə olunub
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
- Baş nazir ilk danışığını İtamar Ben-Qvir ilə aparıb
- İsraildə parlament seçkilərinə xarici müdaxilə ehtimalı yoxlanılır
- İsraildə və ABŞ-də seçkilər Qəzzaya təsir edəcək? - Baku TV
