Dünya
Pleyeri seçin:
İsraildən İrana sərt paylaşım | Hücum edə bilərik
İran İsrailə hücum edəcəyi təqdirdə buna cavab veriləcək.
Bu barədə İsrailin xarici işlər naziri İsrael Katz özünün “X” hesabında yazıb.
O, paylaşımında bildirib ki, İran öz ərazisindən hücuma keçərsə, İsrail buna reaksiya verəcək və İrana hücum edəcək.
Paylaşımda digər bir maraqlı məqam isə israilli nazirin öz paylaşımına Seyid Əli Xameneinin “X” sosial şəbəkə hesabını işarələməsidir.
Xatırladaq ki, iki ölkə arasındakı gərginlik İsrailin Suriyadakı Dəməşq şəhərini bombalayarkən İran konsulluğunu vurmasından sonra yaranıb.
Kopyalandı
Seçilmişlər