İsraildən Livana müharibə mesajı | Əsl səbəbkarlar onlardır!
İranla hərbi qarşıdurma təhlükəsinin artdığı bir vaxtda İsrail ordusu Livanın cənubunda yerləşən Hənəviyyə qəsəbəsinə aviazərbələr endirib.
Hədəf alınan binanın yaxınlığında yaşayan insanlar arasında yaralananlar var. Azı beş nəfərin yaralandığı deyilir. Sözügedən tikilidə yaşayış olmayıb.
Hücum nəticəsində infrastruktura da ziyan dəyib. Zərbənin endirildiyi binanın yaxınlığındakı evlər zədə alıb.
Edilən hücumda hədəfin kim olduğu açıqlanmayıb. Bununla belə, İsrail ordusu pilotsuz uçuş aparatları vasitəsilə Livandakı müharibənin səbəbkarının “Hizbullah” və qruplaşmanın rəhbəri Həsən Nəsrullahın olduğu mesajını verib. Bununla bağlı görüntülər soial mediada yayımlanıb.
Xatırladaq ki, İsraillə Livan arasında münaqişə 2023-cü il, oktyabrın 8-də başlayıb. Son günlər iki ölkənin sərhədində vəziyyət daha da gərginləşib.