Dünya
Pleyeri seçin:
İsrailin Cənubi Qəzza bölgəsinə raket hücumu | Sərhəddə təcili xəbərdarlıq
İsrailin cənubu Qəzza bölgəsindən yenidən atəşə tutulub.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hərbçilər Fələstinin şimal hissəsindən azı bir raketin buraxılmasını qeydə alıblar. Raket Erez keçid məntəqəsi yaxınlığında düşüb.
Bildirilib ki, raket təhlükəsi səbəbindən İsraillə sərhəddə yerləşən Netiv HaAsara kəndi yaxınlığında hava hücumu xəbərdarlığı elan edilib. Ölən və yaralılar barədə məlumat verilmir.
Qeyd edək ki, 2024-cü ilin ikinci yarısında Qəzza zolağından İsrail ərazisinin atəşə tutulması səngisə də, son həftələrdə hücumlar artıb. İsrail Ordusu da Qəzza zolağına hücumların intensivliyini artırıb.
Kopyalandı
Seçilmişlər