Pleyeri seçin:

İsrailin müxalifət liderindən sərt tənqid

08 aprel 2026 48 baxış

İsrailin müxalifət lideri Yair Lapid ölkənin baş naziri Benyamin Netanyahunu İranla atəşkəs razılaşması bağladığına görə tənqid edib.

Lapid “X” sosial şəbəkəsində yazıb: “Bütün tariximizdə heç vaxt belə bir diplomatik fəlakət olmamışdı. Milli təhlükəsizliyimizin təməlləri ilə bağlı qərarlar qəbul edilərkən İsrail danışıqlar masasında belə iştirak etmədi”.

İsrail müxalifət liderinin sözlərinə görə, ordu onlardan tələb olunan hər şeyi yerinə yetirdi, cəmiyyət isə heyrətamiz dözüm göstərdi, lakin Netanyahu diplomatik uğursuzluğa düçar oldu, strateji uğursuzluq yaşadı və qarşıya qoyduğu heç bir məqsədə nail ola bilmədi.

“Ona görə də Netanyahu tərəfindən göstərilən eqoizm, laqeydlik və strateji planlaşdırmanın olmaması nəticəsində yaranmış diplomatik və strateji zərərləri aradan qaldırmaq üçün bizə illər lazım olacaq”, deyə Lapid vurğulayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu isə ABŞ və İran arasında müvəqqəti atəşkəs haqqında razılaşmanın Livana şamil edilmədiyini bildirib.

Hökumət başçısının dəftərxanasının yaydığı bəyanata əsasən, Təl-Əviv Tehranın dərhal boğazları açması, ABŞ, İsrail və region dövlətlərinə qarşı hücumları dayandırması şərti ilə Vaşinqtonun İrana endirilən zərbələri iki həftə müddətinə dayandırmaq qərarını alqışlayıb.

Sənəddə həmçinin qeyd olunur ki, İsrail Ağ Evin İranın bir daha ABŞ, İsrail, İranın ərəb qonşuları və bütün dünya üçün nüvə, raket və terror təhlükəsi yaratmamasına yönəlmiş səylərini dəstəkləyir.

Bununla yanaşı, iki həftəlik atəşkəs rejiminin Livan ərazisini əhatə etmədiyi ayrıca qeyd edilib.

Kopyalandı
Yaxın Şərqdəki savaşdan çıxarılmalı olan dərslər | ABŞ, İran və İsrailin kritik gedişləri - Baku TV

Yaxın Şərqdəki savaşdan çıxarılmalı olan dərslər | ABŞ, İran və İsrailin kritik gedişləri - Baku TV

Dünya
09 aprel 2026 48 baxış
Qalyamovdan iddia: "İranda çevriliş riski artır"

Qalyamovdan iddia: "İranda çevriliş riski artır"

Dünya
09 aprel 2026 48 baxış
“Samvel ilin sonuna qədər “bomj”a çevriləcək” | Paşinyan

“Samvel ilin sonuna qədər “bomj”a çevriləcək” | Paşinyan

Dünya
09 aprel 2026 48 baxış
Rutte Trampla görüşdən nə umur? - ABŞ lideri NATO-dan şikayətlənməkdə haqlıdır? - Baku TV

Rutte Trampla görüşdən nə umur? - ABŞ lideri NATO-dan şikayətlənməkdə haqlıdır? - Baku TV

Dünya
09 aprel 2026 48 baxış
Gərgin keçən son görüşdən sonra Paşinyan yenidən Moskvaya səfər edəcək - Baku TV CANLI

Gərgin keçən son görüşdən sonra Paşinyan yenidən Moskvaya səfər edəcək - Baku TV CANLI

Dünya
09 aprel 2026 48 baxış
Müxalif qüvvələr Paşinyanı müharibəyə sövq edir?

Müxalif qüvvələr Paşinyanı müharibəyə sövq edir?

Dünya
09 aprel 2026 48 baxış
Cavab tədbirlərini nəzərdən keçirməli olacağıq | Meloni

Cavab tədbirlərini nəzərdən keçirməli olacağıq | Meloni

Dünya
09 aprel 2026 48 baxış
Trampın İrana qarşı taktikasının əsasında dayanan nədir?

Trampın İrana qarşı taktikasının əsasında dayanan nədir?

Dünya
09 aprel 2026 48 baxış
ABŞ Hörmüz boğazı ilə bağlı kritik şərtini açıqladı | İran hansı addımı atacaq? - Baku TV CANLI

ABŞ Hörmüz boğazı ilə bağlı kritik şərtini açıqladı | İran hansı addımı atacaq? - Baku TV CANLI

Dünya
09 aprel 2026 48 baxış
Fəlakət Dağıstanı belə alt-üst etdi | Dəhşətli görüntülər: Daşqın hər şeyi yuyub-apardı - Baku TV

Fəlakət Dağıstanı belə alt-üst etdi | Dəhşətli görüntülər: Daşqın hər şeyi yuyub-apardı - Baku TV

Dünya
09 aprel 2026 48 baxış
Seçilmişlər
icon