İsrailli azarkeşlərə hücumla bağlı sensasiyalı iddia | Məlumatlar qabaqcadan ötürülüb?
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 7-də İsrailin Diaspor Nazirliyinin antisemitizmə nəzarət mərkəzi Amsterdamda israillilər üçün təhlükənin yaranmasına dair 3 müxtəlif konteksdə xəbərdarlıq alıb.
Ölkə mediasının bildirdiyinə görə, nazirlik məlumatları Şin Bet ümumi Təhlükəsizlik Xidməti və Baş nazir Benyamin Netanyahunun ofisinə yönləndirib.
Qurumlar informasiyanı Niderlandın yerli təhlükəsizlik qüvvələrinə də ötürüblər. Lakin israillilərə qarşı hücumların qarşısını almaq mümkün olmayıb.
Diaspor Nazirliyinin açıqlamasında bildirilib ki, gecə 02:30-da hadisələr nəzarətdən çıxıb və təəssüf ki, yerli qüvvələr israilli futbol azarkeşlərini qorumaq missiyalarını düzgün yerinə yetirə bilməyib.
Məlumatda kütləvi iğtişaş törədənlərin qızışdırılmasının və bir araya toplaşmasının sosial şəbəkələr vasitəsilə həyata keçirildiyi vurğulanır. İddiaya görə, “Mossad” etirazçıların niyyətlərini əvvəlcədən müəyyənləşdirərək Milli Təhlükəsizlik Qərargahı və Diaspora Nazirliyinə xəbərdarlıq edib. Məlumatda polislərin sayının artırılmasının tələb olunduğu bildirilib.
Qeyd edək ki, Niderlandın “Ayaks” klubu ilə İsrailin “Makkabi” futbol klubları arasında Amsterdamda keçirilən matçdan sonra israilli futbol fanatları hücuma məruz qalıblar. Bundan əlavə, naməlum şəxslərin israillilərin qaldığı hotellərə soxulma cəhdləri də görüntülərdə əks olunub. Hücumlar bir neçə azarkeşin küçədəki Fələstin bayrağını götürməsindən sonra baş verib. Ümumilikdə azı 10 nəfər yaralanıb.
İsrailin xarici işlər naziri Qideon Saar isə Niderlanda təcili səfərə yollanıb. Etirazlardan sonra hücumlarda şübhəli bilinən təminən 65 nəfər həbs edilib. İsrailin Baş naziri Benyamin Netanyahu Amsterdamdan israillilərin təxliyəsi barədə göstəriş verib.
#İsrail teqi istifadə olunub
- Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM
- Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir
- Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR
- İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
- Hərbi əməliyyatlar nə vaxt başlaya bilər? - “İran sərt cavab verməli olacaq” - Baku TV
