Pleyeri seçin:

İstanbul görüşü barədə sensasiyalı xəbər | Rusiya yenə eyni oyunu oynayır?

16 may 2025 415 baxış

Rusiya Ukrayna ilə kompromislər və xoşməramlı sülh danışıqlarında maraqlı deyil, çünki əvvəlki kimi onun təslim olmasını istəyir.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-də İstanbula özü getmək əvəzinə, aşağı səviyyəli nümayəndə heyəti göndərib. Prezidentin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Putinin yaxın çevrəsindən olanlar daxil deyil. Heyət əsasən Rusiyanın 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarına göndərdiyi tərkibdən ibarətdir.

Medinski bu gün İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarını 2022-ci ilin əvvəlində baş tutmuş İstanbul danışıqlarının davamı kimi səciyyələndirib. Həmin danışıqlarda Rusiya Ukraynanın tam təslim olmasına bərabər tələblər irəli sürüb.

Müharibə Araşdırmaları İnstitutu qeyd edir ki, Moskva bu tələbləri müharibənin ilk iki ayında rus qoşunları Kiyevə doğru irəliləyərkən və Ukraynanın şimal-şərq, şərq və cənubunda mühüm uğurlar əldə edərkən qoymuşdu:

“İndi Rusiya üç illik müharibədən sonra eyni tələbləri təkrarlamağa çalışır, halbuki Ukrayna ordusu Rusiya qüvvələrini ölkənin şimalından geri çəkilməyə məcbur edib, Xarkov və Xerson vilayətlərində mühüm əraziləri azad edib və bütün əməliyyatlar teatrında rus qoşunlarının sürətini zəiflədib”.

ABŞ institutu hesab edir ki, Medinski bilərəkdən bu gün keçiriləcək danışıqları 2022-ci ilin martında İstanbulda baş tutan danışıqların davamı kimi təqdim edir. Putinin köməkçisi bununla Rusiyanın Ukraynanın təslim olması ilə bağlı tələblərini “qanuni” kimi qələmə verməyə çalışır.

“Kremlin Rusiya KİV-ləri üçün İstanbuldakı danışıqları necə işıqlandıracağına dair təlimatı belə deməyə əsas verir ki, Moskva rus əhalisini Ukraynada daha uzun müharibəyə hazırlayır və hər iki tərəfdən kompromis tələb edən xoşməramlı danışıqlarda maraqlı deyil”, – məqalədə vurğulanır.

Rusiya Ordusu daha bir neçə ərazini nəzarətə götürdü - Baku TV

Rusiya Ordusu daha bir neçə ərazini nəzarətə götürdü - Baku TV

Dünya
16 fevral 2026 415 baxış
Qırğızıstan hakimiyyətində qarışıqlıq salan kimlərdir? | Japarovdan kritik qərar - Baku TV

Qırğızıstan hakimiyyətində qarışıqlıq salan kimlərdir? | Japarovdan kritik qərar - Baku TV

Dünya
16 fevral 2026 415 baxış
Rəsmi Tehran uranın zənginləşdirilməsi ilə bağlı suallara aydınlıq gətirdi - Baku TV

Rəsmi Tehran uranın zənginləşdirilməsi ilə bağlı suallara aydınlıq gətirdi - Baku TV

Dünya
15 fevral 2026 415 baxış
Rusiya Ukraynanın 12 yaşayıș məntəqəsini nəzarətə götürdü

Rusiya Ukraynanın 12 yaşayıș məntəqəsini nəzarətə götürdü

Dünya
15 fevral 2026 415 baxış
Ermənistanın Qərblə yaxınlığı Rusiyanı qorxudur?

Ermənistanın Qərblə yaxınlığı Rusiyanı qorxudur?

Dünya
15 fevral 2026 415 baxış
Çin tədqiqatçıları peyk şəbəkələrini məhv edən texnologiya yaradıblar - Baku TV CANLI

Çin tədqiqatçıları peyk şəbəkələrini məhv edən texnologiya yaradıblar - Baku TV CANLI

Dünya
15 fevral 2026 415 baxış
İki ayda beş bank soyğuna məruz qaldı

İki ayda beş bank soyğuna məruz qaldı

Dünya
15 fevral 2026 415 baxış
Beş Avropa ölkəsindən olan mütəxəssislər belə qənaətə gəlib

Beş Avropa ölkəsindən olan mütəxəssislər belə qənaətə gəlib

Dünya
15 fevral 2026 415 baxış
Bəqai Nensi Pelosi barədə yazdı

Bəqai Nensi Pelosi barədə yazdı

Dünya
15 fevral 2026 415 baxış
Los-Ancelesdə İran hökumətinə qarşı aksiya

Los-Ancelesdə İran hökumətinə qarşı aksiya

Dünya
15 fevral 2026 415 baxış
Seçilmişlər
icon