Pleyeri seçin:

İstefaya hazırlaşan Ukraynanın müdafiə naziri açıqlama verib

05 sentyabr 2023 255 baxış

“Müharibənin bir günü Ukraynaya 100 milyon dollara başa gəlir və bu, könüllülərin hesabına yığılan məbləğ deyil, əsasən dövlət vəsaitidir”.

Bu barədə Ukraynanın istefa prosesində olan müdafiə naziri Aleksey Reznikov açıqlama verib. Cəbhədə dronların azlığı və onların niyə büdcənin deyil, vətəndaşların bağışladığı vəsaitlə alınması barədə suala cavabında Reznikov bildirib ki, müharibəyə könüllülər tərəfindən göndərilən vəsaitlər ümumi vəsaitin 3%-ni təşkil edir.

“Sizə deyə bilərəm ki, 2022-ci il fevralın 24-dən bu günə qədər könüllü ianələr müharibəyə göndərilən hər şeyin 3%-ni təşkil edir. Müharibənin bir günü bizə 100 milyon dollara başa gəlir. İndi bütün böyük könüllü fondlarının büdcələrini götürün, baxın ki, nə qədər vəsait toplayırlar və ümumilikdə gündə 100 milyon dollar xərcləyən dövlətə baxın. Sadəcə bu barədə düşünün”, – deyə o qeyd edib.

Reznikovun fikrincə, dövlətə qarşı bununla bağlı etirazlar irəli sürmək ədalətsizlikdir, çünki bu belə deyil.

“Əslində, bunu Ukrayna vətəndaşları edirlər – işləyən vətəndaşlar, çünki onlar vergi ödəyirlər və bu vergilər büdcəyə gedir, büdcədən də orduya ayrılır. Hazırda ən çox pul orduya gedir. Amma bütövlükdə ölkənin saxlanması üçün də vəsait lazımdır: infrastruktur, yenidənqurma və sair. Ona görə də işləmək və vergi ödəmək lazımdır. Bizneslər aktiv olmalı və sahibkarları dəstəkləməlidir”, – deyə Reznikov əlavə edib.

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 255 baxış
Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Dünya
21 dekabr 2025 255 baxış
İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

Dünya
21 dekabr 2025 255 baxış
Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Dünya
21 dekabr 2025 255 baxış
Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Dünya
21 dekabr 2025 255 baxış
Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Dünya
21 dekabr 2025 255 baxış
Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Dünya
21 dekabr 2025 255 baxış
Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Dünya
21 dekabr 2025 255 baxış
Tərəflər arasında şiddətli döyüşlər davam edir

Tərəflər arasında şiddətli döyüşlər davam edir

Dünya
21 dekabr 2025 255 baxış
Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 255 baxış
Seçilmişlər
icon