Pleyeri seçin:

Jurnalistlər efirdə girov götürüldü | Ekvador Prezidenti çarəsiz halda

10 yanvar 2024 411 baxış

Ekvadorda baş verən iğtişaşlar fonunda mafiya liderlərindən birinin həbsxanadan yoxa çıxması ölkə vəziyyətini daha da gərginləşdirib.

Prezident Daniel Noboanın 22 mafiya qrupunu terror təşkilatı adlandırması isə vəziyyəti daha da çıxılmaz edib. Açıqlamadan hiddətlənən kriminal qruplaşmalar bütün ölkə ərazisində çaxnaşmalar yaradıblar.

Yerli medianın xəbərinə görə, özlərini narkotik kartelinin nəhəngləri adlandıranlarla polis arasında toqquşmalar yaşanıb. Nəticədə azı 10 nəfər ölüb, çox sayda yaralı var. Mafiya üzvləri hətta yerli televiziya kanallarından birinə daxil olaraq əməkdaşlarını girov götürüblər.

Ekvador polis rəisi verdiyi açıqlamada bildirib ki, aksiyalarla bağlı artıq 13 nəfər saxlanılıb və onların üzərindən bir neçə odlu silah, iki qumbara və partlayıcı maddə müsadirə edilib.

Etirazçıların bəziləri isə küçələrdəki avtomobilləri partlatmağa hazırlaşarkən zərərsizləşdirilib. Polis rəisi onu da əlavə edib ki, ölkənin 24 əyalətində gərginlik artır. Artıq 6 həbsxanada iğtişaşlar baş qaldırıb, bir neçə mühafizəçi girov götürülüb.

Ölkədə hökm sürən iğtişaşlar səbəbindən Prezident Daniel Noboa artıq fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı qərar qəbul edib, komendant saatı tətbiq edilib.

Xatırladaq ki, 2023-ü ilin oktyabrında prezident seçilən Daniel Noboa ölkəni bürüyən cinayət dalğasını cilovlamağa söz verərkən bildirmişdi ki, bu banditizm dalğasını yaradan hər kəs layiqli cəzasını alacaq.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 411 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 411 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 411 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 411 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 411 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 411 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 411 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 411 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 411 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 411 baxış
Seçilmişlər
icon