Pleyeri seçin:

Kanadanın fikrindən yayınma səbəbi | Sensasiyalı yazının detalları açıqlandı

28 may 2025 607 baxış

Kanada Amerikanın 155 millimetrlik HIMARS haubitsalarının alınmasından imtina etmək qərarına gəlib.

Məlumatı “Ottawa Citizen” qəzeti yayıb.

Bildirilir ki, Kanada Cənubi Koreyanın “Hanwha Group” korporasiyasından HIMARS-a bənzər “K9 Thunder” almağı planlaşdırır.

Məlumata görə, Kanada bu qərarı ABŞ Prezidenti Donald Trampın Kanadanın Birləşmiş Ştatlara qoşulmasının zərurəti ilə bağlı bəyanatlarının Ottavanın suverenliyinə təhdid yaratması, həmçinin HIMARS-ın çatdırılma tarixlərinin qeyri-müəyyənliyi səbəbindən verib.

Ümumilikdə Kanada Müdafiə Nazirliyi 26 haubitsa, eləcə də onlar üçün uzaqmənzilli raketlər, minaatan və sursatların alınmasına 4,3 milyard dollar xərcləmək niyyətindədir. Həmçinin Ontariodakı Petavava hərbi bazasının modernləşdirilməsi planlaşdırılır.

“Hanwha Global Defence” şirkətinin baş direktoru Maykl Kulter nəşrə Cənubi Koreya silahlarının alınması ilə bağlı Ottava ilə danışıqların davam etdiyini təsdiqləyib və qeyd edib ki, müqavilə imzalanacağı təqdirdə “K9 Thunder” bir il ərzində Kanadaya təhvil veriləcək.

“Hanwha” sözçüsü bildirib ki, Cənubi Koreya korporasiyası artıq Kanada şirkətləri ilə 10 əməkdaşlıq müqaviləsi bağlayıb. Mayın 28-i və 29-da yeni razılaşmaların elan ediləcəyi gözlənilir. Kanada hökumətinin ölkə donanması üçün 12 sualtı qayıq almaq zərurəti ilə bağlı açıqlamasına cavab olaraq “Hanwha Ottava”ya “Dosan An Çanq-ho” (KSS-III) sualtı qayıqları üçün müqavilə təklif edib. 2026-cı ildə imzalansa, Kanada sualtı qayıqları 2032-ci ildə alacaq.

Qəzetin yazdığına görə, Kanadada texniki xidmət mərkəzləri yaradılacaq və Amerika silah sistemlərindən fərqli olaraq Seul Kanada Ordusuna gəmidəki texnologiyaya tam giriş imkanı verəcək.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 607 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 607 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 607 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 607 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 607 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 607 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 607 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 607 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 607 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 607 baxış
Seçilmişlər
icon