Kazanda yaşayış binaları vuruldu, hökumət hərəkətə keçdi | Dəhşətli görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri dekabrın 21-i səhər saatlarında PUA-larla Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yaşayış binalarına hücum edib.
İlkin məlumata görə, ölən və ya yaralanan yoxdur.
PUA hücumları nəticəsində Sovet, Kirov və Privoljsk rayonlarındakı evlərdə yanğın baş verib. Bildirilib ki, hadisə yerlərində operativ qərargahlar yaradılıb.
Tatarıstan rəisinin mətbuat xidmətindən məlumat verilib ki, PUA hücumu səbəbindən Kazanda həyəcan siqnalı işə salınıb. Həmçinin hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salmır.
Qeyd edək ki, hadisədən sonra sakinlər və sənaye müəssisələrinin işçiləri təxliyə olunaraq müvəqqəti sığınacaqlarda yerləşdirilib. Təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq, Tatarıstan hökumətinin qərarı ilə iki gün ərzində respublika ərazisində bütün kütləvi tədbirlər ləğv olunub. Kazan şəhərinə hücum 50 dəqiqəlik intervalla ümumilikdə 8 pilotsuz uçuş aparatı ilə törədilib.
#Ukrayna Silahlı Qüvvələri teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Moskvanın narahatlığı artır | NATO generalları 8 ildən sonra Kiyevə niyə gedib? - Baku TV
- Ötən sutkada 245 döyüş toqquşması baş verib
- Ukrayna gecə hücuma keçdi | Rusiyaya ağır zərbə endirildi - Baku TV
- İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV
