Pleyeri seçin:

Kennedinin əsl qatilini göstərən sənədlər gizlədilib? | Jurnalistdən gözlənilməz açıqlama

27 yanvar 2025 482 baxış

ABŞ Prezidenti Donald Trampın Amerikanın 35-ci lideri Con Kennedinin ölümünün müəmmalı halları ilə bağlı arxivlərin məxfilikdən çıxarılması ilə bağlı verdiyi sərəncam sui-qəsd nəzəriyyəsi pərəstişkarları arasında böyük səs-küyə səbəb olub.

Əvvəllər C.Kennedinin qətlinin “Amerika hökumət dairələri” tərəfindən sifariş edildiyi versiyasının tərəfdarlarından biri olan amerikalı jurnalist Cerald Pozner indi rəsmi iddianı dəstəkləyir: qatil Li Harvi Osvalddır. Lakin o, hələ də məsələnin qaranlıq tərəfinə aydınlıq gəlmədiyini bildirib:

“Mərkəzi Kəşfiyyat İdarəsinin Li Harvi Osvaldı izlədiyinə dair sənədlər dərc olundu. Onlarla tanış olduqdan sonra MKİ-dən soruşmaq istəyirəm: siz Li Harvinin təhlükəli və qeyri-adekvat olduğunu bilirdinizmi? Əgər bu adamın barıt çəlləyi olduğunu bilirdinizsə, niyə bu barədə FTB-yə məlumat vermədiniz?”.

Sui-qəsd nəzəriyyəçiləri isə başqa düşüncədədirlər. Onların fikrincə, əsl qatili göstərən sənədlər gizlədilib və ya yandırılıb.

CNN telekanalı iddia edir ki, 2017-ci ildən bəri səlahiyyətlilər C.Kennedinin qətli ilə bağlı 70 mindən çox sənədin məxfiliyini ləğv edib.

Xatırladaq ki, Con Kennedi 22 noyabr 1963-cü ildə Dallasda silahlı Li Harvi Osvald tərəfindən öldürülüb.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 482 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 482 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 482 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 482 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 482 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 482 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 482 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 482 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 482 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 482 baxış
Seçilmişlər
icon