Putin əraziləri özündə saxlamaq üçün nəyə əl atdı? | Amerikalı senatordan qalmaqallı sözlər
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa verdiyi bütün vədləri pozub”.
Bunu amerikalı senator Con Kennedi deyib.
“Düşünmürəm ki, V.Putinə onu və ölkəsini balıq yeminə çevirməyə hazır olduğumuzu bildirməyincə işlər yaxşılaşacaq”, ‒ respublikaçı senator vurğulayıb.
C.Kennedi əlavə edib ki, söhbət nüvə müharibəsindən yox, Rusiyaya qarşı sərt iqtisadi sanksiyalardan gedir:
“V.Putin D.Trampa verdiyi bütün vədləri pozdu. O, zəbt etdiyi bütün əraziləri özündə saxlamaq istəyir. V.Putin hesab edir ki, Amerika tam sürətlə “axmaqlar şəhəri”nə çevrilir, ondan qorxduğumuzu düşünür. Etdiklərinin əvəzini çox ağır ödəyəcəyini anlayana qədər bu cür davranmağa davam edəcək. Hər addımda Prezident D.Trampı aldadır və ona hörmətsizlik edir”.
ABŞ Senatının üzvü Rusiya iqtisadiyyatına daha sərt təzyiq göstərməyə, o cümlədən Moskva üçün əsas olan neft satışlarını tamamilə dayandırmağa çağırıb.
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
