Siyasət
Pleyeri seçin:

Keşişin toruna düşən Koçaryandan hiyləgər addım | Tavuşda aksiyaların əsl səbəbi

04 may 2024

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bu yaxınlarda Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstyanla görüşüb.

B.Qalstyan Azərbaycanla sərhəd kəndlər ətrafında yaranmış aksiyaların əsas təşkilatçısı hesab edilir. Hadisənin ilk iştirakçıları da məhz Tavuş yeparxiyası ətrafına toplaşan şəxslər olub. Əhali arasında təbliğatı kilsə aparır, onlara liderliyi isə faktiki olaraq Baqrat Qalstyan edir.

Maraqlı məsələ budur ki, Tavuşun dini rəhbəri Baş nazir Nikol Paşinyanı çox sərt formada tənqid edir, hökuməti ölkəni satmaqda günahlandırır. Eyni zamanda N.Paşinyanın ən güclü əleyhdarı Robert Koçaryanla görüş keçirir.

R.Koçaryan olduqca hiyləgər birisidir. O, yaxşı anlayır ki, əhalinin dəstəyini qazanmaq və kütləni ayağa qaldırmaq üçün kilsənin dəstəyinə ehtiyacı var. Eyni zamanda bu yolla diasporun da dəstəyini qazana bilər. Çünki erməni kilsəsi və diasporu arasında sıx bağlılıq var.

Baqrat Qalstyan da Erməni Apostol Kilsəsi daxilində kifayət qədər iddialı fiqur kimi tanınır. Onun uzun müddətdir ki, katalikos olmaq istədiyi bilinən bir məsələdir. R.Koçaryan və B.Qalstyanın mövqeləri bu baxımdan üst-üstə düşür. Birinə hakimiyyət lazımdır, digərinə isə katolikosluq.

Tavuşda baş verən hadisələrdə ruhani təxribatçının önə çıxması, şübhəsiz ki, öz qiymətini qaldırmaq üçündür. O, siyasi dairələrə özünün xalq arasında yüksək nüfuzlu şəxs olduğunu, xalqın onun sözü ilə istənilən zaman ayağa qalxa biləcəyini göstərməyə çalışır.

Deyəsən, elə R.Koçaryan da B.Qalstyanın atdığı tora düşüb. Tavuşdakı aksiyalara ən böyük dəstək məhz R.Koçaryandan gəlib. Həmçinin R.Koçaryanın dövründə yaradılmış kiçik kriminal qruplar da bu işdə fəallıq göstərirlər.

R.Koçaryanın keşiş B.Qalstyanla görüşməsi bir daha onu göstərir ki, Tavuşda aksiya təşkil edənlərin dərdi heç də kəndlər deyil. Onlar sadəcə təxribat yolu ilə hakimiyyəti ələ keçirmək istəyirlər.

Paşinyan İrandan buna görə üz çevirir | Baqdasaryan hər şeyi danışdı

Paşinyan İrandan buna görə üz çevirir | Baqdasaryan hər şeyi danışdı

Siyasət
18 may 2024
İlham Əliyev və Aleksandr Lukaşenkonun Şuşaya səfərindən görüntülər

İlham Əliyev və Aleksandr Lukaşenkonun Şuşaya səfərindən görüntülər

Siyasət
18 may 2024
Azərbaycana qarşı qərəzli siyasət aparan İran əsl simasını göstərdi

Azərbaycana qarşı qərəzli siyasət aparan İran əsl simasını göstərdi

Siyasət
18 may 2024
İlham Əliyev və Aleksandr Lukaşenkonun Füzuliyə səfərindən görüntülər

İlham Əliyev və Aleksandr Lukaşenkonun Füzuliyə səfərindən görüntülər

Siyasət
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə görüş zamanı nələri müzakirə etdi?

Hikmət Hacıyev Baydenin müşaviri ilə görüş zamanı nələri müzakirə etdi?

Siyasət
17 may 2024
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
17 may 2024
Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Tavuş sakinlərinin bağladığı Ermənistan-Gürcüstan yolu ilə bağlı yeni xəbər

Siyasət
17 may 2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış olublar

Siyasət
17 may 2024
Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Qərb Rusiyanı Cənubi Qafqazdan qovmağa çalışır | Klaçkovdan şərh

Siyasət
17 may 2024
İlham Əliyev və Lukaşenkonun Şuşaya səfərindən görüntülər

İlham Əliyev və Lukaşenkonun Şuşaya səfərindən görüntülər

Siyasət
17 may 2024
Seçilmişlər
icon