Kim Çenin Ordusu Ukraynaya girsə... | Rusiya uzaqmənzilli silahlarla vurulacaq?
“Şimali Koreya qoşunlarının Ukraynadakı müharibədə görünməsi NATO-nu öz qoşunlarını onun müdafiəsinə göndərməyə məcbur etməyəcək, lakin bu, tərəfdaşlarını Rusiyaya qarşı uzaqmənzilli zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa sövq edə bilər”.
Bunu Böyük Britaniya Ordusunun istefada olan polkovniki Hamiş de Bretton-Qordon deyib.
O hesab edir ki, Pxenyanın Rusiyaya hərbi personal göndərmək qərarı ölkəni Ukraynaya qarşı genişmiqyaslı müharibənin iştirakçısına çevirir: “Bu, NATO-nu quru qoşunları gətirməyə təşviq edəcəkmi? Hesab edirəm ki, hazırda bu, çətindir”.
Analitikin fikrincə, buna cavab olaraq Şimali Atlantika Alyansına üzv ölkələr Ukrayna Ordusuna Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə hücum etməyə icazə verə bilər:
“Əgər Şimali Koreyanın qoşun yeritməsi Qərbi Prezident Zelenskiyə Rusiyanı vurmaq icazəsi verməyə məcbur etməsə, onda nə edəcəyini bilmirəm”.