Kimlər “hədəfə alındı”? - Ağ Ev Netanyahuya görə elə bir şey etdi ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatlarında 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərindən sonra Nümayəndələr Palatasının qəbul etdiyi ilk qanunlardan biri İsraili, daha dəqiq desək, adıçəkilən ölkənin Baş naziri Benyamin Netanyahunu qorumaq haqqında olub.
Belə ki, 20 may 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahuya qarşı Roma statutunu tətbiq edib. Yəni Baş nazir hər hansı ölkə ərazisinə ayağını qoyarsa, dərhal həbs edilə bilər.
Amma görünür, hadisələrin bu gedişatı Ağ Ev rəhbərliyinin ürəyincə deyil. Ona görə də Nümayəndələr Palatası Beynəlxalq Cinayət Məhkəməsində ABŞ və ya müttəfiq ölkələrin vətəndaşlarının mühakimə olunmasında iştirak edən hər kəsə qarşı sanksiyalar tətbiq etməyə icazə verən qanun layihəsini qəbul edib.
Həmçinin qanun Roma statutuna əsasən, B.Netanyahunu həbs edəcək istənilən ölkəyə də sanksiya tətbiq olunmasına yaşıl işıq yandırır.
Qanun layihəsi Beynəlxalq Ədalət Məhkəməsinin Roma statutuna dair bütün qərarlarını rədd edir ki, bu da beynəlxalq hüquq normalarına təmamilə ziddir.
Nümayəndələr Palatasında səsə qoyulan qərar 45 demokratın respublikaçılara dəstək verməsi ilə qəbul olunub.
Bəzi ekspertlər isə bu qanunu beynəlxalq hüquq üçün bir dinamit hesab edir.
Bəs B.Netanyahunun həbsinə icazə verənləri hansı sanksiyalar gözləyir?
Qəbul olunan yeni qanuna əsasən, məhkəmə prokurorlarına və işlərdə sübut təqdim edən şəxslərə qarşı viza, əmlakın müsadirəsi, bank hesablarının dondurulması kimi sanksiyaların tətbiqi gözlənilir.
#İsrail teqi istifadə olunub
- Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
- Baş nazir ilk danışığını İtamar Ben-Qvir ilə aparıb
