Dünya
Pleyeri seçin:
Kimsə geri addım ata bilməz! - Bayden ABŞ üçün hədəfi açıqladı
“ABŞ-də heç kim təmiz enerjiyə keçiddə geri addım atmayacaq”.
ABŞ Prezidenti Co Bayden Braziliyanın Manaus şəhərinə səfəri zamanı keçirdiyi mətbuat konfransında belə deyib.
“Mən vəzifəmi yanvarda tərk edirəm. Öz xələfimə və ölkəmə yaşıl enerjinin istehsalı üçün möhkəm təməli miras qoymuşam. Ola bilsin, kimlərsə Amerikada təmiz enerjiyə keçidi inkar edə və ya ləngitməyə cəhd göstərə bilər. Lakin heç kim geri addım ata bilməz”, – deyərək dövlət başçısı vurğulayıb.
Bayden bildirib ki, planeti qorumaq uğrunda mübarizə bütün bəşəriyyəti və gələcək nəsilləri qorumaq üçün vacibdir.
Kopyalandı
Seçilmişlər