Kirkorovun qorxulu vəziyyəti ilə bağlı həyəcan təbili | Yeməkləri tamamilə dayandırıb...
Yeniliklərdən dərhal xəbərdar olun
Atası Bedrosun ölümündən sonra Rusiyanın Xalq artisti Filipp Kirkorov kədərə boğulub və dərin depressiyaya düşüb.
Bu haqda sənətçinin köməkçisi Lyudmila Dorodnova “RuNews24.ru” saytına açıqlamasında məlumat verib.
Lyudmila bildirib ki, rus estradasının pop kralı praktiki olaraq heç bir şey yemədiyi üçün xeyli arıqlayıb.
“Filipp demək olar ki, yeməyi dayandırıb, boşqabları toxunulmamış qalır və mətbəxdə bir vaxtlar gülüş və yumorla dolu atmosfer sükuta qərq olub”, − deyə sənətçinin köməkçisi qeyd edib.
Xatırladaq ki, Bedros Kirkorovun ölüm xəbəri martın 18-də yayılıb. F.Kirkorovun atası 93 yaşında dünyasını dəyişib. Son illər o, çoxsaylı xəstəliklərin, o cümlədən ürək-damar xəstəliklərinin kəskinləşməsi səbəbindən özünü pis hiss edib. Bedros Troekurovski qəbiristanlığında dəfn edilib.
#Rusiya teqi istifadə olunub
- Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV
- İngilis marşal dəniz ittifaqı yaradır
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
- Yakutskda ekstremal üzgüçülük yarışı keçirilib
- Qisas, yoxsa sülh? | İrəvan gələcək nəsillərə nə miras qoymaq istəyir? - Baku TV CANLI
