Pleyeri seçin:
Kiyev yenidən raket atəşinə tutuldu
Mayın 16-na keçən gecə Ukraynanın paytaxtı Kiyevin atəşə tutulması nəticəsində şəhərin bir sıra rayonlarına raket qalıqları düşüb.
Bu barədə Kiyev meri Vitali Kliçko “Telegram”da bildirib. Onun sözlərinə görə, raketin qalıqları Şevçenko rayonundakı zooparkın ərazisinə düşüb.
“Hava hücumu davam edir, sığınacaqlarda qalın!”, – deyə o yazıb. V.Kliçko eyni zamanda əlavə edib ki, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko isə paytaxtın Obolonski və Darnitski rayonlarına raket qalıqlarının düşməsi barədə məlumat verib. “Ölənlər və dağıntılar barədə məlumatlar dəqiqləşdirilir. Hava hücumu xəbərdarlığı bitənə qədər sığınacaqlarda qalın!”, – deyə S.Popko bildirib.
Kopyalandı
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Rusiyanın neft obyektlərinə hücumlardan sonra Kremldən Kiyevə kritik mesaj - Baku TV
- Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI
- Bahalı raketlər və qlobal qıtlıq Ukraynanın hava müdafiəsini çətin vəziyyətə salır
- Marin Le Pen Fransanın artıq Ukraynaya yardım göstərə bilməyəcəyini bildirib
- ABŞ və Avropadan Ukraynanın gələcəyi ilə bağlı yeni sülh planı | Rusiyanı nə gözləyir? - Baku TV
