Kobaxidze müxtəlif ölkələrin AB-yə qoşulmaq istəyindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Moldova Avropanın ən korrupsiyalaşmış ölkələrindən biridir, onu Gürcüstanla müqayisə etmək boş fərziyyədir”.
Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze müxtəlif ölkələrin Avropa İttifaqına (Aİ) üzvlüyə hazırlığını müzakirə edərkən deyib.
“Moldova Avropanın ən korrupsiyalaşmış ölkələrindən biridir. Bu, iqtisadi artıma da təsir göstərir. Son beş ildə, 2022-ci ildən bəri Moldova iqtisadiyyatı ilə iqtisadi fərqimizi 14 milyard dollar artırmışıq. Bu, qismən korrupsiyanın və Moldovada yaranan institusional böhranın nəticəsidir. Ümumi mənzərə belədir. Hazırda Moldova və ya Ukraynanın Gürcüstanı üstələməsi barədə danışmaq boş fərziyyədir”, – Kobaxidze bildirib.
Albaniya, Bosniya-Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro rəsmi olaraq Aİ üzvlüyünə namizəddir. Gürcüstan hakimiyyəti ölkənin 2030-cu ilə qədər Aİ-yə üzvlüyə hazır olacağını açıqlayıb.
#Gürcüstan teqi istifadə olunub
- Şərq-Qərb və Orta Dəhlizin potensialı artırılır - Baku TV
- "Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk" | XİN - Baku TV
- Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olundu - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Gənc soydaşlarımız 44 günlük müharibənin çətin və şərəfli yolunu canlandırdı - Baku TV
