Pleyeri seçin:

Kobaxidze vətəndaş müharibəsi açıqlamasına görə səfirin XİN-ə çağırılmasını tələb etdi

23 aprel 2026 582 baxış

“Avropa İttifaqının səfiri Pavel Qerçinski gürcü xalqını vətəndaş müharibəsi və yoxsulluqla hədələyir. Buna görə də səfirin Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılması məqsədəuyğundur”.

Bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

Kobaxidzenin sözlərinə görə, Avropa İttifaqının səfirinin xalqa hədə-qorxu gəlməsi faciəvi haldır:

“Bəyan edir ki, yaxın gələcəkdə ölkədə hadisələrin necə inkişaf edəcəyi müəyyən olunacaq. Onun fikrincə, ikinci istiqamət vətəndaş müharibəsi və əhalinin yoxsullaşmasıdır. Avropa İttifaqının səfiri xalqa bu hədə-qorxunu gəlirsə, bu, faciəvidir. Əslində, səfir demək istəyir ki, yaxın gələcəkdə ya bir yol olacaq və bunu “Avropa İttifaqı yolu” adlandırır, ya da digər yol – vətəndaş müharibəsi və yoxsullaşma. Avropa İttifaqının səfiri gürcü xalqını vətəndaş müharibəsi və yoxsullaşma ilə hədələyir. Bu, birbaşa hədədir. Əlbəttə, buna görə səfirin XİN-ə çağırılması məqsədəuyğundur”.

Kobaxidze əlavə edib ki, bu bəyanatları başqa açıqlamalarla ört-basdır etmək mümkün deyil və bu, gürcü xalqına qarşı birbaşa hədədir.

Baş nazir həmçinin qeyd edib ki, son illərdə Gürcüstanda bir neçə inqilab cəhdləri olub.

Pavel Qerçinski bundan əvvəl jurnalistlərə söyləmişdi ki, Aİ gürcü xalqının zorakılığa, vətəndaş müharibəsinə, yoxsulluğa, korrupsiyaya və qaranlıq dövrə qayıtmasına imkan verməməlidir.

Banner
5 min illik şəhərdə gizli tikili tapıldı

5 min illik şəhərdə gizli tikili tapıldı

Dünya
25 noyabr 2026 3 baxış
Alimlər ekoloji fəlakətlə bağlı xəbərdarlıq etdi

Alimlər ekoloji fəlakətlə bağlı xəbərdarlıq etdi

Dünya
25 noyabr 2026 11 baxış
Arxeoloqlar 413 qiymətli artefakt aşkarladı

Arxeoloqlar 413 qiymətli artefakt aşkarladı

Dünya
25 noyabr 2026 8 baxış
Putindən Rusiya bazarında benzin qiymətlərinin sabitləşməsi barədə açıqlama gəldi - Baku TV

Putindən Rusiya bazarında benzin qiymətlərinin sabitləşməsi barədə açıqlama gəldi - Baku TV

Dünya
25 noyabr 2026
Zelenskidən müharibənin gedişatı ilə bağlı açıqlama

Zelenskidən müharibənin gedişatı ilə bağlı açıqlama

Dünya
25 noyabr 2026 9 baxış
Rusiya Finlandiya ilə sərhəddə nəyə hazırlıq görür? - Baku TV CANLI

Rusiya Finlandiya ilə sərhəddə nəyə hazırlıq görür? - Baku TV CANLI

Dünya
25 noyabr 2026 35 baxış
Polşada təlimlər gedərkən hava məkanı pozuldu | Varşava nədən şübhələnir? - Baku TV

Polşada təlimlər gedərkən hava məkanı pozuldu | Varşava nədən şübhələnir? - Baku TV

Dünya
25 noyabr 2026 33 baxış
Avropanın qarşısında 5 seçim | Kuşnerdən diqqətçəkən açıqlama gəldi - YENİ BİR SƏHƏR

Avropanın qarşısında 5 seçim | Kuşnerdən diqqətçəkən açıqlama gəldi - YENİ BİR SƏHƏR

Dünya
25 noyabr 2026 38 baxış
Rusiya qazından imtina Avropanı çətin seçim qarşısında qoyacaq? - Baku TV

Rusiya qazından imtina Avropanı çətin seçim qarşısında qoyacaq? - Baku TV

Dünya
25 noyabr 2026 50 baxış
Zelenski NATO üzvlüyündə israrlıdır: Alternativ zəmanətlər niyə onu qane etmir? - Baku TV

Zelenski NATO üzvlüyündə israrlıdır: Alternativ zəmanətlər niyə onu qane etmir? - Baku TV

Dünya
25 noyabr 2026 60 baxış
Seçilmişlər
icon