Koçaryan xalqa necə xəyanət edib? - Koncoryandan sensasiya yaradan açıqlamalar
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın sabiq prezidenti Robert Koçaryanın hakimiyyəti dövründə onlarla siyasi qətllər baş verib”.
Bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.
“Robert Koçaryanın hakimiyyəti dövründə baş vermiş bəzi siyasi qətlləri xatırlayıram: Ermənistan Baş prokuroru Henrik Xaçaturyan öz kabinetində, prokuror Aram Karapetyan, müdafiə nazirinin müavini Vahram Xorxoruni 1998-ci ildə öz yaşayış binasında güllələnib və sair. Bunlar Robert Koçaryanın qanlı hakimiyyəti dövründə olanların çirkin sübutlarıdır, bu qətllərin üstü açılmayıb.
Robert Koçaryan “daxili resursları birləşdirək və bərpa edək” deyəndə nəyi nəzərdə tutur? Yarımçıq qalan işini bitirmək istəyir? Qoy o, bu suallara cavab versin: 27 oktyabr və 1 mart hadisələri necə baş verdi?
İndi dövlətin adından hansı üzlə danışır? Bu müddət ərzində yalnız onun çevrəsi çiçəklənib, milyonçu olub, ölkə yox.
R.Koçaryan heç vaxt erməni xalqının müttəfiqi olmayıb, erməni xalqına xəyanət edib, öz dəstəsi ilə xalqı qarət edib, minlərlə insanı öz vətənindən didərgin salıb, onları quldurcasına mülklərindən məhrum edib.
R.Koçaryanın hakimiyyəti dövründə onlarla siyasi sui-qəsdlər olub, o, xalqa məxsus əmlakı borcunun müqabilində Rusiyaya verib, o, xalqa sadiq olmayıb və əgər siz xarici dövlətə sadiq olmağa hazırsınızsa, deməli, dövlətinizi hərraca çıxarırsınız”, ‒ Hayk Koncoryan bildirib.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
