Pleyeri seçin:

Kosmik şüaların mənşəyi nə ilə bağlıdır? | Tədqiqatçılardan maraqlı məlumatlar

13 dekabr 2024 506 baxış

Kolumbiya Astrofizika Laboratoriyası və Nyu-York Universitetinin tədqiqatçıları ultrayüksək enerjili kosmik şüaların mənşəyi ilə bağlı yeni nəzəriyyə irəli sürüblər.

Onların fikrincə, bu hissəciklərin enerjisi əvvəllər düşünüldüyü kimi şok dalğaları deyil, maqnit turbulentliyi ilə bağlıdır.

Ultrayüksək enerjili kosmik şüalar qara dəliklər və neytron ulduzları ətrafındakı bölgələr kimi ekstremal astrofizik mühitlərdə sürətlənən hissəciklərdir. Bu hissəciklərin enerjiləri Böyük Adron Kollayderi kimi Yer əsaslı sürətləndiricilərdə əldə edilən enerjilərdən dəfələrlə çoxdur. Əvvəllər onların mənşəyi ulduz partlayışları və ya digər kataklizmlər nəticəsində yaranan şok dalğaları ilə əlaqələndirilirdi.

Tədqiqatda alimlər maqnit sahələrinin roluna diqqət yetiriblər. Təhlil göstərib ki, astrofiziki mühitlərdə dolaşıq maqnit xətləri hissəcikləri effektiv sürətləndirən turbulentlik yaradır. Bu, dolaşıq hissəciklərin enerjisinin kəskin artmasına gətirib çıxarır və bundan sonra proses dayanır.

Tədqiqat təsdiqləyib ki, ultrayüksək enerjili kosmik şüalar 10²⁰ elektronvolta çatır ki, bu da Günəş hissəciklərinin enerjisindən 10 dəfə yüksəkdir.

Müqayisə üçün qeyd edək ki, Günəş hissəciklərinin maksimum enerjisi təxminən 10¹⁰ elektronvoltdur. Alimlər qeyd edirlər ki, yeni nəzəriyyə hissəciklərin sürətləndirilməsi mexanizmlərini daha yaxşı anlamağa kömək edir.

Banner
İran və ABŞ arasında hərbi əməliyyatlar yenidən başlaya bilərmi? - Baku TV

İran və ABŞ arasında hərbi əməliyyatlar yenidən başlaya bilərmi? - Baku TV

Dünya
02 noyabr 2026 506 baxış
Nəsillərin savaşı: Gənclər hakimiyyətlərdən nə istəyir? - AKTUAL GÜNDƏM

Nəsillərin savaşı: Gənclər hakimiyyətlərdən nə istəyir? - AKTUAL GÜNDƏM

Dünya
02 noyabr 2026 506 baxış
Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV

Ərdoğanın təklifi Rusiya-Ukrayna müharibəsinə necə təsir edəcək? - Baku TV

Dünya
02 noyabr 2026 506 baxış
Dəməşq təhlükəsizlik təminatları axtarır

Dəməşq təhlükəsizlik təminatları axtarır

Dünya
02 noyabr 2026 506 baxış
İran müharibədən hansı hərbi dərsləri çıxarıb?

İran müharibədən hansı hərbi dərsləri çıxarıb?

Dünya
02 noyabr 2026 506 baxış
Zelenski Kiyevin işğal olunmuş əraziləri tanıyıb-tanımayacağına cavab verib

Zelenski Kiyevin işğal olunmuş əraziləri tanıyıb-tanımayacağına cavab verib

Dünya
02 noyabr 2026 506 baxış
Müharibənin 1713-cü günü: Ukrayna Rusiyanın itkilərini belə hesablayır - Baku TV CANLI

Müharibənin 1713-cü günü: Ukrayna Rusiyanın itkilərini belə hesablayır - Baku TV CANLI

Dünya
02 noyabr 2026 506 baxış
Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Si Cinpin üçtərəfli sammitin keçirilməsini istəmir

Dünya
02 noyabr 2026 506 baxış
Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Tramp imkan olsaydı, yenidən namizədliyini irəli sürəcəyini bildirib

Dünya
02 noyabr 2026 506 baxış
Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib

Rubio ərzaq ticarətindən siyasi təzyiq kimi istifadənin yolverilməz olduğunu bildirib

Dünya
02 noyabr 2026 506 baxış
Seçilmişlər
icon