Pleyeri seçin:

Kosmosdakı su qalıqları nəyi sübut edir? | Çinli alimlərdən sensasiyalı iddia

17 aprel 2025 593 baxış

Ay Yer planeti ilə Teyva adlandırılan və ölçüləri Mars planeti qədər olan obyektin toqquşması zamanı yaranıb.

Bu cür iddia ilə çinli alimlər çıxış ediblər.

Ayın arxa tərəfindəki süxurlarda anormal dərəcədə aşağı su konsentrasiyası aşkarlanıb. Bu isə onun Yerlə nəhəng bir obyektin toqquşması nəticəsində formalaşdığına dair ehtimalları gücləndirir.

Çin Elmlər Akademiyasının alimləri “Çanye-6” missiyası çərçivəsində Ayın Cənub qütbü – “Eytken” adlı nəhəng krater bölgəsindən toplanmış ay torpağı nümunələrini analiz ediblər. Skan edən elektron mikroskopiya və zond mikrotəhlili metodları ilə müəyyən edilib ki, bu süxurlarda hər qramda cəmi 1-1,5 mikroqram su var. Bu isə Ayın yaxın tərəfindəki 200 mikroqrama çatan göstəricidən xeyli azdır.

Bu tapıntılar Ayın təxminən 4,5 milyard il əvvəl, Yer planetinin Mars ölçüsündə bir cisimlə ‒ “Teyya” adlandırılan obyektlə toqquşması nəticəsində formalaşması hipotezini təsdiqləyir. Həmin toqquşma nəticəsində kosmosa çoxlu miqdarda maddə atılıb və bu maddələr zamanla Ayı formalaşdırıb.

Tədqiqatçılar ehtimal edirlər ki, Yerin peykinin yaranması zamanı baş verən toqquşma nəticəsində “nəmlik” baxımından zəngin olan materialın böyük hissəsi Yerə baxan tərəfə keçmiş ola bilər. Lakin dəqiq nəticələr çıxarmaq üçün Ayın arxa tərəfindəki digər bölgələrdən də əlavə nümunələrə ehtiyac var.

Seutadakı miqrant böhranı Avropada təhlükəsizlik narahatlığını yenidən artırdı - Baku TV CANLI

Seutadakı miqrant böhranı Avropada təhlükəsizlik narahatlığını yenidən artırdı - Baku TV CANLI

Dünya
01 avqust 2026 593 baxış
Avropa Komandanlığı Pentaqonu əlavə hərbi qüvvələr ayırmağa çağırdı - Baku TV CANLI

Avropa Komandanlığı Pentaqonu əlavə hərbi qüvvələr ayırmağa çağırdı - Baku TV CANLI

Dünya
01 avqust 2026 593 baxış
Rusiyanın zərbələri diplomatik obyektə çatdı | Moskvanın nümayəndəsi XİN-ə çağırılır - ANA XƏBƏR

Rusiyanın zərbələri diplomatik obyektə çatdı | Moskvanın nümayəndəsi XİN-ə çağırılır - ANA XƏBƏR

Dünya
01 avqust 2026 593 baxış
Seuta anklavından miqrantlar Mərakeşə qaytarılıb

Seuta anklavından miqrantlar Mərakeşə qaytarılıb

Dünya
01 avqust 2026 593 baxış
Toz, səs-küy və xəstəlik: Karxanaların yaratdığı böyük təhlükə - AKTUAL GÜNDƏM

Toz, səs-küy və xəstəlik: Karxanaların yaratdığı böyük təhlükə - AKTUAL GÜNDƏM

Dünya
01 avqust 2026 593 baxış
İsrail qırıcılarının hücumu Qəzzada tibb infrastrukturuna ağır zərbə vurdu - Baku TV CANLI

İsrail qırıcılarının hücumu Qəzzada tibb infrastrukturuna ağır zərbə vurdu - Baku TV CANLI

Dünya
01 avqust 2026 593 baxış
Hörmüz boğazında tanker insidenti qlobal enerji bazarlarını yenidən silkələdi - Baku TV CANLI

Hörmüz boğazında tanker insidenti qlobal enerji bazarlarını yenidən silkələdi - Baku TV CANLI

Dünya
01 avqust 2026 593 baxış
Vaşinqton hərbi ehtiyatların bərpası üçün milyardlarla dollar əlavə vəsait istəyir - Baku TV CANLI

Vaşinqton hərbi ehtiyatların bərpası üçün milyardlarla dollar əlavə vəsait istəyir - Baku TV CANLI

Dünya
01 avqust 2026 593 baxış
Cəmiyyətlərin birləşməsi prosesi sürətləndirən başlıca amil olub

Cəmiyyətlərin birləşməsi prosesi sürətləndirən başlıca amil olub

Dünya
01 avqust 2026 593 baxış
BMT Qəzza ilə bağlı yol xəritəsinin icrasını istəyir

BMT Qəzza ilə bağlı yol xəritəsinin icrasını istəyir

Dünya
01 avqust 2026 593 baxış
Seçilmişlər
icon