NASA astronavtlarının açıqlamaları müzakirələrə səbəb olub
Yeniliklərdən dərhal xəbərdar olun
Ayın səthi düşünüldüyü kimi tamamilə boz deyil.
NASA-nın “Artemis 2” missiyasında iştirak edən astronavtlar cür qənaətə gəliblər.
Ayın uzaq tərəfini yaxından müşahidə edən heyət Yerə qayıtdıqdan sonra müxtəlif bölgələrdə qəhvəyi və yaşıl tonlar gördüklərini açıqlayıblar.
Bildirilir ki, xüsusilə Aristarx Yaylası ətrafında müşahidə edilən yaşıl rənglər olivin və piroksen kimi minerallarla əlaqəli ola bilər. Bu minerallar Ayın daxilindəki qədim maqma prosesləri haqqında mühüm məlumatlar verə bilər.
NASA alimləri qeyd edirlər ki, insan gözünün rəng və parlaqlıq fərqlərini canlı şəkildə müşahidə etməsi robot cihazların topladığı məlumatlardan daha fərqli və dəyərli nəticələr ortaya çıxara bilir.
Alimlər hesab edirlər ki, Ay səthindəki rəng müxtəlifliyi yalnız vizual maraq doğurmur, həm də Günəş sisteminin və Yer kürəsinin formalaşma tarixini anlamaq üçün mühüm detallar təqdim edir.
#NASA teqi istifadə olunub
- NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək
- Eksperimental təyyarələr ictimaiyyətə təqdim olundu
- ABŞ astronavtları Ayda uzunmüddətli missiyalara hazırlaşır, NASA daimi baza qurmaq niyyətindədir
- Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub
- NASA Ayın səthinin altındakı mümkün mağaraları tədqiq edir
