Krımda xaos: Telekanalların fəaliyyəti dayandırıldı
Krımda telekanalların yayımı kəsilib və Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciəti nümayiş etdirilib.
Bu barədə “Telegram” kanallarda məlumat yayılıb. Krımın “rəhbərinin” müşaviri Oleq Kryuçkov rəqəmsal televiziya xidmətləri göstərən bir sıra internet provayderlərinin sındırıldığını bildirib.
Onun sözlərinə görə, haker hücumunda Ukraynanın İnformasiya və Psixoloji Xüsusi Əməliyyatlar Mərkəzi iştirak edib. Bildirilib ki, yayımlanan videoda sakinlərə V.Zelenskinin oktyabrın 24-də Krım Platforması sammitindən sonra yazılan müraciəti göstərilib.
Ukrayna lideri həmin videoda Rusiya donanması barədə danışıb və ilhaq edilmiş Krım əhalisinə müraciət edib:
“Hamınız hiss edirsiniz ki, bizim torpaqlarımızda Rusiyanın mövcudluğu əbədi deyil. Mən bunu bilirəm. Ukrayna ərazisi öz xalqını qaytarılacaq”, – deyə V.Zelenski çıxışında bildirib.