Pleyeri seçin:

Kriminal aləmdə sensasiya | Lənkəranskinin düşməninə çevrilən dostu barədə qalmaqal

13 iyun 2025 535 baxış

Kriminal avtoritet Merab Canqveladze Rusiya Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilib.

Rusiya DİN Cinayət Axtarış Baş İdarəsi kriminal aləmdə yüksək mövqe tutmaqda təqsirləndirilən “qanuni oğru” Merab Canqveladzeyə qarşı cinayət işi açıb.

Məlumata görə, onun daimi yaşadığı İtaliyadan Rusiyaya ekstradisiyası az ehtimal sayılsa da, mümkünsüz də deyil. Əvvəla, M.Canqveladzenin İtaliya vətəndaşlığı yoxdur, ikincisi, Rusiya və İtaliya hüquq-mühafizə orqanları arasında konstruktiv əməkdaşlıq mövcuddur.

Artıq Polşa da daxil olmaqla bir çox Avropa ölkələri Rusiya ilə ekstradisiya razılaşmalarını icra edirlər.

Beləliklə, kriminal dünyanın nüfuzlu “böyük dördlüy”ü arasında Merab statusuna görə rəsmi şəkildə məsuliyyətə cəlb edilən ilk fiqura çevrilib.

Merab üçün “qara zolaq” bu ilin martında, onun əsas dayağı və qardaşı Levan Canqveladzenin Tbilisidə qətlə yetirilməsindən sonra başlayıb.

Merab Canqveladze vaxtilə Rövşən Canıyevlə (Rövşən Lənkəranski) yaxın münasibətdə olub. Ancaq tez bir zamanda onların arasında gərginlik başlayıb.

2012-ci ilin yayında Rövşən Lənkəranski ilə Levan Canqveladze arasında Dubayda söhbət olub. Rövşən ona bildirib ki, bazarlarda şəriklik etmək ayrı, onu “ələ keçirmək” cəhdi isə ayrıdır. Levanla söhbət əlbəyaxa davaya çevrilib. Gürcü avtoritet Rövşənə bıçaqla yüngül xəsarət yetirib.

Dubayda baş verən hadisədən az sonra Rövşən o vaxt İtaliyada gizlənən Merab Canqveladze ilə görüşüb. R.Lənkəranski qardaşının davranışı ilə bağlı şikayətlərini “qanuni oğru”ya çatdırıb. Burada da gərginlik yaranıb, Merab hətta silaha da əl atıb. Gərginliyə baxmayaraq, tezliklə tərəflər barışıb. Amma qardaşlar daha R.Lənkəranski ilə yaxınlıq etməyiblər.

2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra isə Suxumskilər R.Lənkəranskiyə dönük çıxıblar.

Rusiya mənbələri qətldə Ded Xasan və 1 nömrəli “qanuni oğru” Zaxar Kalaşovun (Şakro) qisas versiyasını rədd edib. Çünki Levanın çoxlu başqa düşmənləri də vardı.

Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. “Qanuni oğru” adını gənc yaşlarında alıb. 1975-ci ildə anadan olan qardaşı isə Levan Suxumski ləqəbi ilə tanınırdı.

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Dünya
22 sentyabr 2026 535 baxış
Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Dünya
22 sentyabr 2026 535 baxış
ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

Dünya
22 sentyabr 2026 535 baxış
Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Dünya
22 sentyabr 2026 535 baxış
Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Dünya
22 sentyabr 2026 535 baxış
Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 535 baxış
İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 535 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 535 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 535 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 535 baxış
Seçilmişlər
icon