Pleyeri seçin:
Kuba Prezidenti hərbi vəziyyətə keçid ehtiyacı duymur
"Kuba ABŞ üçün təhdid yaratmır və onun hərbi doktrinası yalnız ölkənin müdafiəsinə yönəlib".
Bunu Kuba Prezidenti Migel Dias-Kanel mətbuat konfransında bildirib.
"Hərbi doktrinamız başqa ölkəyə qarşı hər hansı təcavüzü qətiyyən nəzərdə tutmur. Biz ABŞ üçün təhdid yaratmırıq", – deyə Prezident vurğulayıb.
O qeyd edib ki, Kuba hərbi sahədə digər ölkələrlə əməkdaşlıq edir, lakin onun ərazisində xarici bazalar yoxdur:
"Kubada bir qeyri-qanuni hərbi baza var, o da Quantanamodakı ABŞ bazasıdır".
O bildirib ki, Müdafiə Şurası hərbi vəziyyətin elan olunması halında tədbirlər və planları araşdırır, lakin hazırda buna ehtiyac yoxdur:
"Müdafiə sistemlərimiz hazırlıq keçir, amma hələ hərbi vəziyyətə keçid barədə danışmırıq".
Kopyalandı
#Kuba Respublikası teqi istifadə olunub
