Pleyeri seçin:

Küçələrdə dəhşətli hücumların əsl səbəbi | Ərdoğandan təcili açıqlama

02 iyul 2024 434 baxış

Suriyanın şimalında bir qrup şəxs Türkiyə bayrağını yandırıb, avtomobilləri atəşə tutub.

Buna cavab olaraq Şanlıurfada insanlar suriyalıların mağaza və evlərinə daşlarla hücum ediblər. Etirazçılar həmçinin Suriyaya keçmək üçün Öncüpınar sərhəd qapısına toplaşmağa da başlayıblar.

Bu arada ölkənin Xarici İşlər Nazirliyi Kayseri bölgəsində baş verən hadisələrdən sonra Suriyada həyata keçirilən təxribat aktları ilə bağlı bəyanat yayıb.

Bildirilib ki, rəsmi Ankaranın Suriya xalqının rifahı üçün göstərdiyi səyləri və prinsipial mövqeyi hər hansı təxribatdan üstün olub.

“Türkiyənin qanuni tədbir gördüyü bir cinayətin ardınca Kayseridə baş verən kədərli hadisələri sərhədlərimizdən kənarda təxribatlara əsas kimi istifadə etmək düzgün deyil", – deyə bəyanatda qeyd olunub.

Bu açıqlamanın fonunda Türkiyənin Milli Kəşfiyyat Təşkilatı Suriyadakı vəziyyətin nəzarətə götürülməsi məqsədilə hərəkətə keçib.

Məlumat üçün bildirək ki, etirazlara Kayseri bölgəsində Suriya əsilli bir şəxsin azyaşlını cinsi qısnamaya məruz qoyması ilə bağlı yayılan xəbərlər səbəb olub. Bu hadisədən sonra sakinlər bölgədə yaşayan suriyalıların evlərinə və maşınlarına ziyan vurmağa başlayıb. Vəziyyət o həddə çatıb ki, əraziyə polis əməkdaşları cəlb olunub. Qeyd edək ki, hazırda sözügedən şəxs saxlanılıb.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 434 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 434 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 434 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 434 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 434 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 434 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 434 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 434 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 434 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 434 baxış
Seçilmişlər
icon