Pleyeri seçin:

"La Repubblica": Tramp öz hədəflərinə çatmadan İranla atəşkəsə razı oldu

08 aprel 2026 52 baxış

ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatın başında qarşıya qoyduğu hədəflərin, demək olar ki, heç birinə nail olmadan İranla atəşkəsə razılıq verib.

Bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazır.

Nəşr xatırladır ki, İrana zərbə endirilməsi barədə əmr verərkən Tramp ölkədə hakimiyyət dəyişikliyini hədəfləyirdi və əhalini açıq şəkildə küçələrə çıxmağa çağırırdı. Lakin zaman keçdikcə Ağ Evdən gələn siqnallar getdikcə daha ziddiyyətli xarakter almağa başladı və əməliyyatın məqsədləri dəfələrlə dəyişdi.

İran cavab zərbəsi endirərək faktiki olaraq Hörmüz boğazını blokadaya aldıqdan sonra boğazın açılması ABŞ üçün prioritet məsələyə çevrildi. Nəşr qeyd edir ki, bu addımın iqtisadi nəticələri ölkə daxilində də hiss olunmağa başladı və MAGA (Make America Great Again – “Amerikanı yenidən möhtəşəm edək”) hərəkatının əsas bazası arasında narazılığa səbəb oldu.

Tramp İranın 10 bənddən ibarət təklifini “danışıqlar üçün işçi baza” kimi xarakterizə edib. Sənəd digər məsələlərlə yanaşı, sanksiyaların ləğvini, dəymiş ziyana görə kompensasiya ödənilməsini və İranın uranı zənginləşdirmə hüququnun tanınmasını nəzərdə tutur. Eyni zamanda Hörmüz boğazı üzərində nəzarət Tehranın ixtiyarında qalır.

Kopyalandı
Yaxın Şərqdəki savaşdan çıxarılmalı olan dərslər | ABŞ, İran və İsrailin kritik gedişləri - Baku TV

Yaxın Şərqdəki savaşdan çıxarılmalı olan dərslər | ABŞ, İran və İsrailin kritik gedişləri - Baku TV

Dünya
09 aprel 2026 52 baxış
Qalyamovdan iddia: "İranda çevriliş riski artır"

Qalyamovdan iddia: "İranda çevriliş riski artır"

Dünya
09 aprel 2026 52 baxış
“Samvel ilin sonuna qədər “bomj”a çevriləcək” | Paşinyan

“Samvel ilin sonuna qədər “bomj”a çevriləcək” | Paşinyan

Dünya
09 aprel 2026 52 baxış
Rutte Trampla görüşdən nə umur? - ABŞ lideri NATO-dan şikayətlənməkdə haqlıdır? - Baku TV

Rutte Trampla görüşdən nə umur? - ABŞ lideri NATO-dan şikayətlənməkdə haqlıdır? - Baku TV

Dünya
09 aprel 2026 52 baxış
Gərgin keçən son görüşdən sonra Paşinyan yenidən Moskvaya səfər edəcək - Baku TV CANLI

Gərgin keçən son görüşdən sonra Paşinyan yenidən Moskvaya səfər edəcək - Baku TV CANLI

Dünya
09 aprel 2026 52 baxış
Müxalif qüvvələr Paşinyanı müharibəyə sövq edir?

Müxalif qüvvələr Paşinyanı müharibəyə sövq edir?

Dünya
09 aprel 2026 52 baxış
Cavab tədbirlərini nəzərdən keçirməli olacağıq | Meloni

Cavab tədbirlərini nəzərdən keçirməli olacağıq | Meloni

Dünya
09 aprel 2026 52 baxış
Trampın İrana qarşı taktikasının əsasında dayanan nədir?

Trampın İrana qarşı taktikasının əsasında dayanan nədir?

Dünya
09 aprel 2026 52 baxış
ABŞ Hörmüz boğazı ilə bağlı kritik şərtini açıqladı | İran hansı addımı atacaq? - Baku TV CANLI

ABŞ Hörmüz boğazı ilə bağlı kritik şərtini açıqladı | İran hansı addımı atacaq? - Baku TV CANLI

Dünya
09 aprel 2026 52 baxış
Fəlakət Dağıstanı belə alt-üst etdi | Dəhşətli görüntülər: Daşqın hər şeyi yuyub-apardı - Baku TV

Fəlakət Dağıstanı belə alt-üst etdi | Dəhşətli görüntülər: Daşqın hər şeyi yuyub-apardı - Baku TV

Dünya
09 aprel 2026 52 baxış
Seçilmişlər
icon