Pleyeri seçin:

Əlcəzair Milli Xalq Assambleyası qanun layihəsi təqdim edib

25 dekabr 2025 440 baxış

Əlcəzairin Milli Xalq Assambleyası XIX–XX əsrlərdə Fransanın ölkədə həyata keçirdiyi müstəmləkəçilik siyasətini cinayət kimi tanıyan qanun layihəsini yekdilliklə qəbul edib.

Bu barədə açıq keçirilən iclasın birbaşa yayımında bildirilib.

Beləliklə, Fransanın 14 iyun 1830-cu ildən 5 iyul 1962-ci ilədək Əlcəzairdə həyata keçirdiyi müstəmləkəçilik, "birbaşa və dolayı nəticələri, həmin tarixdən sonra da davam edən təsirləri" qanunvericilik səviyyəsində rəsmi şəkildə cinayət kimi təsbit olunub.

Qanun müəllifləri Fransanın Əlcəzairdəki müstəmləkəçiliyi ilə bağlı təxminən 30 növ cinayət müəyyənləşdiriblər. Bunlara məhkəməsiz edamlar, yerli əhaliyə qarşı amansız işgəncələr, qadağan olunmuş silahlardan istifadə, ekoloji fəlakətlərin törədilməsi, o cümlədən Əlcəzair səhrasında aparılan nüvə sınaqları daxildir.

Bu sınaqların nəticələrini yerli sakinlər bu gün də hiss edirlər. Şimali Afrika ölkəsi keçmiş metropoliyadan müstəmləkəçilik keçmişinə görə rəsmi üzr istəməsini və kompensasiya ödənilməsini tələb edəcək.

Bildirilib ki, Fransanın müstəmləkə hakimiyyəti əhaliyə ərəb dilində təhsil almağı qadağan edib, məcburi xristianlaşdırma aparıb, Birinci və İkinci dünya müharibələri dövründə minlərlə əlcəzairlini Fransa Silahlı Qüvvələrinin sıralarına kütləvi şəkildə səfərbər edib. 

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Dünya
23 sentyabr 2026 440 baxış
Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Dünya
23 sentyabr 2026 440 baxış
ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

Dünya
23 sentyabr 2026 440 baxış
Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 440 baxış
Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 440 baxış
Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Dünya
23 sentyabr 2026 440 baxış
Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Dünya
23 sentyabr 2026 440 baxış
Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Dünya
23 sentyabr 2026 440 baxış
Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Dünya
23 sentyabr 2026 440 baxış
ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

Dünya
23 sentyabr 2026 440 baxış
Seçilmişlər
icon