Rusiya və ABŞ liderləri telefonda nələri müzakirə etdi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Bu, Putin və Tramp arasında iki aydan çox müddətə baş tutan ilk söhbətdir və ABŞ ilə İsrailin İrana hücumundan bəri ilk məlum təmasdır.
Uşakovun sözlərinə görə, tərəflər ABŞ-İsrail əməliyyatını və Rusiya-Ukrayna münaqişəsinin həlli üçün üçtərəfli danışıqları müzakirə etməyə diqqət yetiriblər.
“Təxminən bir saat davam edən söhbət Amerika Prezidentinin təşəbbüsü ilə baş tutub. Liderlər İrandakı vəziyyətlə bağlı məzmunlu və faydalı fikir mübadiləsi aparıblar. Söhbət işgüzar, səmimi və konstruktiv olub”, – deyə Uşakov bildirib.
O əlavə edib ki, Putin Trampla söhbətində İrandakı münaqişənin tez bir zamanda siyasi və diplomatik yolla həllinə yönəlmiş bir sıra mülahizələri dilə gətirib, ABŞ-nin və şəxsən Amerika liderinin Ukraynadakı vəziyyətin həllində vasitəçilik səylərini yüksək qiymətləndirib.
Rusiya Prezidentinin köməkçisinin sözlərinə görə, Tramp Ukraynada tez bir zamanda atəşkəs əldə etməkdə və sülhə nail olmaqda maraqlı olduğunu bildirib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI
- İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV
- Seçkilərdən sonra Yaxın Şərqdə yeni gərginlik riski | Trampın iqtisadi hesabı nədir? - Baku TV
- Aralıq seçkiləri ABŞ-nin İranla bağlı siyasətində nəyi dəyişəcək? - Baku TV
- Cənubi Qafqaz böyük geosiyasi oyunun mərkəzində: Trampın zəifləməsi kimə sərf edir? - AKTUAL GÜNDƏM
