Pleyeri seçin:

Livanda növbəti ağlasığmaz partlayışın detalları | Ağ Evin əli var?

19 sentyabr 2024 378 baxış

İsrailin Livanda icra etdiyi peycer partlayışlarının ikinci dalğası da insan ölümü olmadan ötüşməyib.

Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, partlayış nəticəsində azı 14 nəfər həlak olub, 460 nəfər yaralanıb.

“İkinci partlayış dalğası təkcə rabitə vasitələri və qurğular vasitəsilə deyil, həm də "Icom" radioları, notbuklar və avtomobil maqnitofonlarının partladılması hesabına reallaşdırılıb. Təbii ki, partlayışlar məsafədən idarə olunaraq icra edilib”, – deyə Nazirlikdən bildirilib.

Təhlükəsizlik orqanları vətəndaşlara vacib olmadıqca insanların sıx olduğu yerlərə getməməyi və elektron cihazlardan uzaq durmağı tövsiyə edib.

Məlum hadisədən sonra sentyabrın 20-də BMT-nin növbəti təcili iclasının keçirilməsi gözlənilir. Ehtimal edilir ki, əsas müzakirə mövzusu İsrail-Livan müharibəsi və peycer silsilə partlayışları olacaq.

Sentyabrın 18-də isə BMT İsrail qüvvələrinin Qəzzanı tərk etmək tələbi ilə qətnamə qəbul edib. Məsələnin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, Ağ Evlə BMT-nin mövcud vəziyyətə yanaşması fərqlidir.

Cozef Bayden Administrasiyası siyasi yöndən SAXAL-ı və onun antiterror əməliyyatlarını dəstəkləsə də, BMT tam əksinə Benyamin Netanyahunu geri addım atmağa çağırır. Amma görünür, rəsmi Vaşinqtonun İsraili dəstəkləməsi Ağ Evin dolayısı ilə Livandakı partlayışlarda əli ola bilmə ehtimalını gündəmə gətirib.

Bu şübhələrin daha da geniş vüsət almasını istəməyən Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "mən təkcə onu deyə bilərəm ki, bizim bu partlayışlarda əlimiz yoxdur", – deyə bildirib:

"ABŞ-nin Livandakı partlayışların Qəzza zolağında atəşkəs razılaşması məsələsinə necə təsir edəcəyini qiymətləndirmək çətindir. Amma ümid edirik ki, hər şey tez bir zamanda öz həllini tapacaq. Biz Livanla sərhəddə ikinci cəbhənin açılmasının qarşısını almaq üçün diplomatik səylərimizi davam etdiririk".

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 378 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 378 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 378 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 378 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 378 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 378 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 378 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 378 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 378 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 378 baxış
Seçilmişlər
icon