Pleyeri seçin:

Mahmud Xəlil ABŞ-də görün nəyə məruz qaldı | 20 milyon dollarlıq iddia

11 iyul 2025 212 baxış

ABŞ-nin nüfuzlu Kolumbiya Universitetinin tələbəsi, fələstinçi etirazların öncüllərindən olan Mahmud Xəlil Donald Tramp Administrasiyasına qarşı 20 milyon dollarlıq iddia qaldırıb. O, qanunsuz şəkildə həbs edildiyini və azadlıqdan məhrum olunduğunu iddia edir.

Mahmud Xəlil ABŞ-də qanuni rezident statusuna malik olmasına baxmayaraq, mart ayında D.Trampın “etiraz edən əcnəbi tələbələr deportasiya olunacaq” bəyanatından sonra saxlanılıb. Tələbə 3 ay müddətində Luiziana ştatında yerləşən immiqrasiya mərkəzində saxlanıldıqdan sonra iyun ayında məhkəmə qərarı ilə girov qarşılığında sərbəst buraxılıb.

“Ümid edirəm ki, bu iddia Administrasiya üçün çəkindirici təsir göstərəcək. Aydındır ki, D.Tramp yalnız pulun dilini anlayır”, ‒ deyə Mahmud Xəlil “Reuters”ə açıqlamasında bildirib.

Tələbə azadlığa buraxıldıqdan sonra demokrat konqresmen Aleksandriya Okasio-Kortes tərəfindən qarşılanıb və ictimai dəstək alıb.

M.Xəlilin vəkilləri tərəfindən Konstitusiya Hüquqları Mərkəzinin dəstəyi ilə təqdim olunan iddia ərizəsində onun qərəzli məhkəmə təqibinə, yalan həbslərə, qanunsuz azadlıqdan məhrum etməyə və mənəvi zərər verməyə məruz qaldığı qeyd olunur. Ərizədə Mahmud Xəlilin emosional travma, iqtisadi itkilər və reputasiya zədəsi ilə qarşılaşdığı vurğulanır.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bu iddianı “absurd” adlandıraraq M.Xəlili antisemit ritorika və nifrət dolu davranışlarda ittiham edib. Nazirlik onun yəhudi tələbələr üçün təhlükə yaratdığını iddia edir.

Mahmud Xəlil İsrailin Qəzzaya qarşı hərbi əməliyyatlarına etiraz olaraq ABŞ universitetlərində təşkil olunan aksiyalarda fəal iştirak edib. Ağ Ev isə onun antisemit fəaliyyətlə məşğul olduğunu və milli təhlükəsizlik üçün təhdid təşkil etdiyini iddia edərək deportasiyasını əsaslandırmağa çalışıb.

D.Tramp Administrasiyası bu məsələni ABŞ-nin xarici siyasətinə mənfi təsir göstərə biləcək faktor kimi təqdim edib və onun ölkədə qalmasının yolverilməz olduğunu bildirib.

Amerika və Suriya hərbçiləri İŞİD-in hücumuna məruz qaldı

Amerika və Suriya hərbçiləri İŞİD-in hücumuna məruz qaldı

Dünya
14 dekabr 2025 212 baxış
Braun Universitetində silahlı insident | Tramp hadisəyə münasibət bildirdi

Braun Universitetində silahlı insident | Tramp hadisəyə münasibət bildirdi

Dünya
14 dekabr 2025 212 baxış
Qalib gəlmək çox çətin olacaq | Donald Tramp

Qalib gəlmək çox çətin olacaq | Donald Tramp

Dünya
14 dekabr 2025 212 baxış
Rusiya və Ukrayna bir-birinin ərazisinə zərbələr endirdi - Baku TV CANLI

Rusiya və Ukrayna bir-birinin ərazisinə zərbələr endirdi - Baku TV CANLI

Dünya
14 dekabr 2025 212 baxış
Tramp Tailand və Kambocanı nə ilə hədələdi? - Baku TV

Tramp Tailand və Kambocanı nə ilə hədələdi? - Baku TV

Dünya
14 dekabr 2025 212 baxış
Sidneydə sakinlərə silahlı hücum edildi | Ölən və yaralananlar var - Baku TV

Sidneydə sakinlərə silahlı hücum edildi | Ölən və yaralananlar var - Baku TV

Dünya
14 dekabr 2025 212 baxış
Sidneydə sakinlərə silahlı hücum edildi | Ölən və yaralananlar var - Baku TV CANLI

Sidneydə sakinlərə silahlı hücum edildi | Ölən və yaralananlar var - Baku TV CANLI

Dünya
14 dekabr 2025 212 baxış
Ukrayna Ordusunun PUA hücumu uğursuz oldu - Baku TV CANLI

Ukrayna Ordusunun PUA hücumu uğursuz oldu - Baku TV CANLI

Dünya
14 dekabr 2025 212 baxış
ABŞ 70-dən çox ölkəyə sorğu göndərib

ABŞ 70-dən çox ölkəyə sorğu göndərib

Dünya
14 dekabr 2025 212 baxış
Sosial şəbəkələrdən istifadə kimlərə qadağan olunacaq?

Sosial şəbəkələrdən istifadə kimlərə qadağan olunacaq?

Dünya
14 dekabr 2025 212 baxış
Seçilmişlər
icon