Tramp Tailand və Kambocanı nə ilə hədələdi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Tailand və Kamboca arasında yaranan gərginliyin aradan qaldırılmayacağı təqdirdə bu ölkələrin hakimiyyətini onların məhsullarına yeni gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib.
Amerika lideri bunu “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə bildirib.
“Əgər müharibəyə başlasanız, mən nəinki ticarət müqaviləmizi ləğv edəcəyəm, həm də ölkələrinizə tariflər tətbiq edəcəyəm, bunu məndən başqa heç kim edə bilməz”, – deyə D.Tramp əlavə edib.
D.Tramp tariflərin tətbiq edilməsini öz Administrasiyası üçün vacib bir xarici siyasət aləti kimi qiymətləndirib.
O vurğulayıb ki, ABŞ Ali Məhkəməsi tərəfindən bəzi tariflərin ləğv edilməsi ölkəsi üçün dəhşətli nəticələrə səbəb ola bilər. Lakin Amerika lideri buna baxmayaraq, əlavə tariflər tətbiq etmək üçün hüquqi əsaslar tapacağına əmin olduğunu bildirib.
Qeyd edək ki, dekabrın 7-də Kamboca-Tailand sərhədi boyunca silahlı toqquşmalar baş verib.
#ABŞ teqi istifadə olunub
- Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI
- ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM
- Zəngəzur dəhlizi risk altındadır
- “Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV
- İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV
