Makron imperiyası dağılır | Fransada niyə aləm bir-birinə dəydi?
Yeniliklərdən dərhal xəbərdar olun
“Fransa bu hallara qalacaq ölkə deyildi”.
Solçu “İtaət etməyən Fransa” Partiyasının qurucusu, “Yeni Xalq Cəbhəsi”nin qeyri-rəsmi lideri Jan-Lük Melanşon böhranlı vəziyyətdən çıxmaq üçün ölkə Prezidenti Emmanuel Makronu məhz bu sözlərlə istefaya çağırıb.
O bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində bildirib. Vurğulayıb ki, hakimiyyət institutlarının bloklandığı şəraitdə yalnız bir çıxış yolu var – Prezidentin istefası.
Müxalifət partiyaları hökumətin təklif etdiyi 2025-ci il dövlət büdcəsi layihəsi ilə razılaşmadıqlarını bildiriblər. Onlar Baş nazir Mişel Barnyeni etimadsızlıq səsverməsi ilə hədələyiblər. Müxalifətin büdcə layihəsi ilə bağlı əsas şikayətləri orada nəzərdə tutulan hökumət xərclərinin 60 milyard avro azaldılması ilə bağlıdır.
Jan-Lük Melanşonun ən diqqətçəkən ifadəsi isə hökumətin istefasının dekabr ayının ilk həftəsində reallaşa bilmə ehtimalıdır.
“Bizim Baş nazir postuna öz namizədimiz var. Əgər bu, Prezidenti qane etmirsə, o, istefa verməli olacaq”, – deyə partiya qurucusu əlavə edib.
#Fransa teqi istifadə olunub
- Minimum əməkhaqqı ətrafındakı mübahisə Fransada ümumxalq tətilinə çevrilir
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Fransada məhbusların sayı rekord həddə çatıb
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
